Fərid Qayıbov idmançılarla görüşüb
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Oktyabrın 7-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Azərbaycan İdman Akademiyasında keçirilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca “Azərbaycan Respublikasının İdman ustası” dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanları təqdim edilib.
Nazir Fərid Qayıbov çıxışında idmançılarımızın beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirib, idmançıları və onların məşqçilərini təbrik edib. Bildirib ki, sentyabr ayı ərzində beynəlxalq yarışlarda Azərbaycan Respublikasının Dövlət Himni 16 ölkədə səsləndirilib. İdmançılarımız ümumilikdə 72 qızıl, 48 gümüş və 71 bürünc medal qazanıblar.
Tədbirdə beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.
Görüş zamanı bir sıra idman növlərinin nümayəndələri iştirak etdikləri beynəlxalq yarışlar və əldə etdikləri nəticələr barədə məlumat veriblər.
Nazir Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar və qələbələr arzulayıb.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 08 Oktyabr 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















