Icma.az
close
up
RU
Fərid Şahbazlı: “Azərbaycan artıq Mərkəzi Asiyada strateji tərəfdaş kimi qəbul olunur”

Fərid Şahbazlı: “Azərbaycan artıq Mərkəzi Asiyada strateji tərəfdaş kimi qəbul olunur”

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“”Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının “Mərkəzi Asiya + Azərbaycan” formatında 7-ci Məşvərət Görüşü Azərbaycanın regional siyasətdə mövqeyinin daha da gücləndiyini göstərən mühüm platformadır. Azərbaycanın bu formata tamhüquqlu iştirakçı kimi qəbul edilməsi ölkəmizin çoxvektorlu xarici siyasət kursunun uğurla həyata keçirilməsinin nəticəsidir. Bu qərar həm region dövlətlərinin Azərbaycanın artan roluna olan marağının göstəricisidir, həm də Cənubi Qafqazla Mərkəzi Asiya arasında əməkdaşlıq xəttinin institusional əsasda genişlənməsinə imkan yaradır”.
Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.
O qeyd edib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin çıxışında Azərbaycanla Mərkəzi Asiya arasında güclü körpünün qurulacağına dair verdiyi mesajlar, eləcə də Prezident İlham Əliyevin tamhüquqlu iştirakçı kimi təbrik olunması ölkəmizin regionun gələcək siyasi, iqtisadi və nəqliyyat arxitekturasında mühüm tərəfdaş kimi qəbul olunduğunu göstərir. Bu, Azərbaycan diplomatiyasının son illərdə ardıcıl şəkildə formalaşdırdığı çoxtərəfli əməkdaşlıq xəttinin real nəticəsidir.
Fərid Şahbazlının sözlərinə görə, sammit çərçivəsində Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə keçirdiyi görüş xüsusi əhəmiyyət daşıyır. Bu görüş zamanı siyasi dialoqun intensivləşdirilməsi Azərbaycan–Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıqdan daha yüksək mərhələyə doğru irəlilədiyini göstərir: “Ümumilikdə, Daşkənd sammiti Azərbaycanın xarici siyasətinin tək bir istiqamətə bağlı olmadığını, əksinə, müxtəlif regional mərkəzlərlə paralel şəkildə əməkdaşlıq qurmaq imkanına malik olduğunu bir daha sübut etdi. Azərbaycan həm Türk Dövlətləri Təşkilatında, həm Avropa ilə əməkdaşlıq platformalarında, həm də Mərkəzi Asiya formatlarında aktiv mövqedə çıxış etməklə özünü regionlar arasında strateji bağlantı nöqtəsinə çevirir”.
Siyasi şərhçi vurğulayıb ki, bu proses bir daha göstərir ki, ölkəmizin artan beynəlxalq nüfuzu və siyasi çəkisi təsadüfi deyil: “Prezident İlham Əliyevin uzunmüddətli, balanslı və realist xarici siyasət kursunun nəticəsidir. Daşkənd sammiti Azərbaycan üçün yeni əməkdaşlıq imkanları açmaqla yanaşı, ölkəmizin regiondakı əsas strateji aktor statusunu da möhkəmləndirir.”
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Noyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri