Icma.az
close
up
RU
Fərid Şahbazlı: “Rusiya ilk dəfə başqa dövlətdən üzr istəməli oldu” Doğru Xəbərlər

Fərid Şahbazlı: “Rusiya ilk dəfə başqa dövlətdən üzr istəməli oldu” Doğru Xəbərlər

Icma.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Tam başa çatmamış araşdırmalar sübut etdi ki, AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190″ təyyarəsi kənar müdaxilə nəticəsində qəzaya uğrayıb. Lakin həmin müdaxilə bəzilərinin sadəlövhcəsinə bəhs etdiyi nə quş sürüsüdür, nə dumanlı hava şəraitidir, nə də oksigen balonunun partlamasıdır. Azərbaycan təyyarəsi Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub”.

Oxu.Az xəbər verir ki, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, bu məqamlar Prezident İlham Əliyevin dekabrın 29-da Azərbaycan Televiziyasına verdiyi müsahibədə də əksini tapıb. Siyasi şərhçinin sözlərinə görə, Prezident onu da qeyd edib ki, şübhəsiz, bu məqsədyönlü şəkildə edilməyib:

“Dövlət başçısı vurğuladı ki, öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək – bütün bunlar görüləsi tədbirlər və addımlar idi. Prezident bildirdi ki, əfsuslar olsun, ilk üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”.

F.Şahbazlı bildirib ki, təəssüf doğuran başqa bir məqam təyyarə vurulduqdan sonra ona nə Qroznıda, nə də Qroznıya yaxın digər Rusiya şəhərlərinin hava limanlarında eniş etməyə icazə verilməməsi, daha uzaq Aktauya istiqamətləndirilməsidir: “Axı dünyada beynəlxalq humanitar hüquq deyilən bir anlayış var və bütün ölkələr qeyd-şərtsiz həmin hüquqa riayət etməlidir və edirlər də. Rusiya tərəfi də bunu etməli idi. Ən azından ona görə ki, hadisə onun ərazisində baş verir. O zaman nə üçün etmədi?! Şübhəsiz ki, bu haqda çox baş sındırmağa dəyməz, çünki cavab elə sualın içindədir”.

Fərid Şahbazlı deyib ki, yalnız üç gün sonra dünyada bu qəza ilə bağlı bütün mülahizələrin qeyd-şərtsiz Rusiyanı işarə etdiyini və Azərbaycan dövlətinin qətiyyətli mövqeyini görən Vladimir Putin İlham Əliyevə zəng vurub, üzrxahlıq etdi: “Beləliklə, bəlkə də tarixdə ilk dəfə olaraq özünü superdövlət hesab edən Rusiya hansısa başqa bir dövlətdən rəsmi qaydada üzr istəməli oldu. Halbuki, 2010-cu ildə Polşa Prezidenti Lex Kaçinski və xanımı Mariya Kaçinskinin də olduğu təyyarə Smolensk-Severnı aerodromunda müəmmalı şəkildə qəzaya uğramışdı. Prezident və Polşanın ali dövlət strukturlarının rəhbərləri də daxil olmaqla təyyarədə olan 96 nəfərin hamısı ölmüşdü. Lakin o zaman istintaq araşdırmaları qəzanın kənar müdaxilə səbəbindən baş verdiyini sübut etsə də, Rusiya Polşadan nə üzr istəmişdi, nə də kompensasiya ödəmişdi.

Bu mənada bəhs etdiyimiz nüans çox vacibdir və bu məqam Azərbaycanın, onun Prezidenti İlham Əliyevin sözün tam mənasında müstəqil və çox doğru daxili və xarici siyasət yeritdiyinin, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində real güc və nüfuz sahibi olduğunun əyani göstəricisi kimi çıxış edir.

Prezidentin hadisə ilə bağlı tutduğu prinspial mövqe onun üçün milli maraqlarımızın hər şeydən yüksək olduğunu növbəti dəfə təsdiq etdi”.

Siyasi şərhçinin sözlərinə görə, 2024-cü ilin son günlərində baş verən bu kədərli hadisə hamımızı sarsıtsa da, bir sıra mühüm məqamları bir daha təsdiq etmiş oldu: “Bu hadisə bir daha sübut etdi ki, bizim yerdə vətənimizin hər qarışını göz bəbəyi kimi qoruyan qəhrəmanlarımızla bərabər, səmaya hökm edən, başqalarının sağ qalması naminə ölümə doğru gedən şahinlərimiz, igid oğullarımız, qızlarımız var”.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://dogru.az
archiveBu xəbər 30 Dekabr 2024 02:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri