Icma.az
close
up
RU
“Rusiya ilə bağlı bu nüans çox vacibdir” Fərid Şahbazlı

“Rusiya ilə bağlı bu nüans çox vacibdir” Fərid Şahbazlı

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

“Tam başa çatmamış araşdırmalar sübut etdi ki, AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi kənar müdaxilə nəticəsində qəzaya uğrayıb. Lakin həmin müdaxilə bəzilərinin sadəlövhcəsinə bəhs etdiyi nə quş sürüsüdür, nə dumanlı hava şəraitidir, nə də oksigen balonun partlamasıdır. Azərbaycan təyyarəsi Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub”.

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, bu məqamlar Prezident İlham Əliyevin dekabrın 29-da Azərbaycan Televiziyasına verdiyi müsahibədə də əksini tapıb. Siyasi şərhçinin sözlərinə görə, Prezident onu da qeyd edib ki, şübhəsiz ki, bu məqsədyönlü şəkildə edilməyib: “Dövlət başçısı vurğuladı ki, öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək – bütün bunlar görüləsi tədbirlər və addımlar idi. Prezident bildirdi ki, əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”.

F.Şahbazlı bildirib ki, təəssüf doğuran başqa bir məqam təyyarə vurulduqdan sonra ona nə Qroznıda, nə də Qroznıya yaxın digər Rusiya şəhərlərinin hava limanlarında eniş etməyə icazə verilməməsi, daha uzaq Aktauya istiqamətləndirilməsidir: “Axı dünyada beynəlxalq humanitar hüquq deyilən bir anlayış var və bütün ölkələr qeyd-şərtsiz həmin hüquqa riayət etməlidir və edirlər də. Rusiya tərəfi də bunu etməli idi. Ən azından ona görə ki, hadisə onun ərazisində baş verir. O zaman nə üçün etmədi?! Şübhəsiz ki, bu haqda çox baş sındırmağa dəyməz, çünki cavab elə sualın öz içindədir”.

Fərid Şahbazlı deyib ki, yalnız üç gün sonra dünyada bu qəza ilə bağlı bütün mülahizələrin qeyd-şərtsiz Rusiyanı işarə etdiyini və Azərbaycan dövlətinin qətiyyətli mövqeyini görən Vladimir Putin Cənab İlham Əliyevə zəng vurub, üzürxahlıq etdi: “Beləliklə, bəlkə də tarixdə ilk dəfə olaraq özünü superdövlət hesab edən Rusiya hansısa başqa bir dövlətdən rəsmi qaydada üzr istəməli oldu. Halbuki, 2010-cu ildə Polşa Prezidenti Lex Kaçinski və xanımı Mariya Kaçinskinin də olduğu təyyarə Smolensk-Severnı aerodromunda müəmmalı şəkildə qəzaya uğramışdı. Prezident və Polşanın ali dövlət strukturlarının rəhbərləri də daxil olmaqla təyyarədə olan 96 nəfərin hamısı ölmüşdü. Lakin o zaman istintaq araşdırmaları qəzanın kənar müdaxilə səbindən baş veriyini sübut etsə də, Rusiya Polşadan nə üzr istəmişdi, nə də konpensasiya ödəmişdi.

Bu mənada bəhs etdiyimiz nüans çox vacibdir və bu məqam Azərbaycanın, onun Prezidenti Cənab İlham Əliyevin sözün tam mənasında müstəqil və çox doğru daxili və xarici siyasət yeritdiyinin, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində real güc və nüfuz sahibi olduğunun əyani göstəricisi kimi çıxış edir. Cənab Prezidentin hadisə ilə bağlı tutduğu prinspial mövqe onun üçün milli maraqlarımızın “qırmızı xətt” olduğunu növbəti dəfə təsdiq etdi”.

Siyasi şərhçinin sözlərinə görə, 2024-cü ilin son günlərində baş verən bu kədərli hadisə hamımızı sarsıtsa da, bir sıra mühüm məqamları bir daha təsdiq etmiş oldu: “Bu hadisə bir daha sübut etdi ki, bizim yerdə vətənimizin hər qarışını göz bəbəyi kimi qoruyan qəhrəmanlarımızla bərabər, səmaya hökm edən, başqalarının sağ qalması naminə, sevə-sevə ölümə doğru gedən şahinlərimiz, igid oğullarımız, qızlarımız var”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Dekabr 2024 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri