Icma.az
close
up
RU
Fərid Şəfiyev: Sülh müqaviləsi üçün, ilk növbədə, Minsk qrupu rəsmi olaraq ləğv edilməlidir

Fərid Şəfiyev: Sülh müqaviləsi üçün, ilk növbədə, Minsk qrupu rəsmi olaraq ləğv edilməlidir

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Paşinyanın çıxışında ümumən narrativ münaqişə yox, sülhlə bağlı olub. Bununla belə, burada bəzi qarışıq məqamlar var: Ermənistan Konstitusiyasında (preambula vasitəsilə Müstəqillik Bəyannaməsinə) “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi”nə istinad var. Oxşar presedentlə Konstitusiyada dəyişikliklər edilməsi ilə bağlı beynəlxalq təcrübə mövcuddur.

Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin Ermənistanın Baş naziri Nikol Paşinyanın normallaşma prosesi ilə bağlı səsləndirdiyi son fikirlərlə bağlı şərhində deyilir.

O, eyni zamanda, bildirib: “Məsələn, dəfələrlə qeyd olunduğu kimi, Böyük Britaniya ilə məsələni yoluna qoymaq məqsədilə 1998-ci ildə İrlandiya referendum keçirdi. Qeyd edək ki, İrlandiya nümunəsində referendum keçirmək öhdəliyi sülh sazişində aydın şəkildə öz əksini tapıb və ölkə sazişi imzaladıqdan sonra bir ay ərzində referendumu reallaşdırıb. Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsi layihəsində belə bir bənd yoxdur, çünki Ermənistan tərəfi belə bir maddənin mətnə salınmasına qarşı çıxıb. Əvəzində sadəcə daxili qanunvericiliklə bağlı qeydlər var və bu da problemi tam həll etmir”.

F.Şəfiyev, həmçinin diqqətə çatdırıb ki, Ermənistan tərəfindən Azərbaycan Konstitusiyasının gündəmə gətirilməsi faydasız cəhddir. Azərbaycan Konstitusiyasında və ya Müstəqillik Bəyannaməsi kimi hər hansı digər sənəddə Ermənistan ərazisinə heç bir iddia yoxdur. 1918-1920-ci illərin birinci respublikasına istinad da əsassızdır. Eyni qaydada, digər ölkələrin də müstəqillik sənədlərində belə hallar var, lakin bu, Ermənistan tərəfindən heç vaxt narazılıqla qarşılanmayıb.

BMTM-nin İdarə Heyətinin sədri qeyd edib ki, Ermənistan-Azərbaycan məsələsində müasir münaqişənin (1987-2023) səbəbi doğrudan da Qarabağdır. Bundan başqa, Ermənistan Konstitusiyasının/Bəyannaməsinin “Dağlıq Qarabağ”la bağlı bəndinin praktik tətbiqi var. Robert Köçəryan ikinci prezident seçiləndə (1998-ci il) Konstitusiya Məhkəməsi onun Azərbaycanın Qarabağ bölgəsində yaşamasını Ermənistan prezident seçkiləri üçün məqbul olaraq qəbul etmişdi. Çox sayda Ermənistanın başqa rəsmi sənədləri də var. Belə bir referendum bəzi ölkələrdə, o cümlədən bu təcrübəni yaşamış ölkələrdə olduğu kimi, Ermənistanda da qeyri-populyar ola bilər, amma müəyyən hallarda insanlar problemin həlli naminə müsbət səs veriblər.

“Minsk qrupuna gəlincə, Paşinyan və ətrafı onun rəsmi şəkildə ləğvi üçün ATƏT-də konsensus olmasının zəruriliyini qeyd etsə də, bu yaxınlarda, 2024-cü ilin dekabrında Maltada ATƏT Nazirlər Şurasının iclasında təkcə Ermənistan deyil, Fransa, sonra isə ABŞ-dakı Bayden administrasiyası Minsk qrupunun buraxılmasının əleyhinə çıxmışdı. Ona görə də tamamilə mümkündür ki, sabah bu qrupun ləğvi məsələsi yenidən gündəmə gəlsə, Ermənistanın müttəfiqləri konsensusun olmadığını əsas gətirərək, sadəcə olaraq, yenidən qərarın qarşısını alacaqlar. Bu, tipik siyasi oyundur. Buna görə də sülh müqaviləsi üçün, ilk növbədə, Minsk qrupu rəsmi olaraq ləğv edilməlidir.

Artıq verdiyim bəzi müsahibələrdə bildirmişdim ki, bütün bu addımlar gələcəyə hesablanaraq atılır. Ermənistan rəhbərliyi 10-20 il ərzində bu problemə geri dönmə ehtimalını az da olsa, saxlamaq məqsədilə bəzi mexanizm və strukturları qorumaq istəyir. Minsk Qrupu mövcud olduğu müddətcə, faktiki olaraq qeyri-funksional olsa belə, o, “davam edən münaqişə” ilə məşğul olan struktur kimi qəbul ediləcək. Eyni məsələni Ermənistan Konstitusiyasına da şamil etmək olar: orada ərazi iddiaları kimi təfsir edilə biləcək müddəalar qaldıqca, bu, gələcəkdə münaqişəni yenidən alovlandıra biləcək əlavə spekulyasiyalar üçün potensial səbəb olacaq”, - deyə F.Şərifov əlavə edib.(azərtac)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Aprel 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see584

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see239

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see226

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see209

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see203

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see186

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see161

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see152

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri