Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Fermerlərə vergi buna görə qoyulur Detallar

Fermerlərə vergi buna görə qoyulur Detallar

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə. az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar icalsında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.

Onun sözlərinə görə, məsələyə həssaslıq göstərilməsi həm də onunla bağlıdır ki, uzun illər dövlətin kənd təsərrüfatına dəstəyi ilə bağlı səslənən tezislərdən biri bundan ibarət olub ki, fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad edilib:

"Belə halda təbii ki, biz bir sıra suallara cavab verməliyik. Birinci sual ondan ibarətdir ki, dövlət kənd təsərrüfatına münasibətini dəyişirmi? Dövlət fermerə, kəndliyə, kəndli əməyinə münasibətini dəyişirmi? Qətiyyən dəyişmir. Dövlət bu gün də kənd təsərrüfatına geniş miqyaslı dəstək proqramlarını həyata keçirir və bu dəstəyin ümumi məbləğinə nəzər yetirmiş olsaq, bu, birbaşa və dolayı dəstək istiqamətləri ilə birlikdə 1,5 milyard manata yaxın dəstəkdir. Bunu xüsusi olaraq qeyd etmək istərdim. Məsələnin həssaslığını və eyni zamanda kənd təsərrüfatından vergi daxilolmaları gözləntisinin cəmi 13 milyon manat olacağını nəzərə alaraq, hesab edirik ki, dövlət fermerə, kənd təsərrüfatı istehsalçısına potensial vergi ödəyicisi kimi baxmır. Aidiyyəti qurumlara da müzakirələr zamanı tövsiyə olundu ki, ictimaiyyətə, xüsusilə də aqrar ictimaiyyətə, kənd əhalisinə bu məsələlər ciddi şəkildə izah olunmalıdır, maarifləndirmə aparılmalıdır. Çünki dövlətin aqrar sahədə siyasəti ilə bağlı yanlış təsəvvür yaranmamalıdır.

Dövlət fermerlərin, kənd təsərrüfatı istehsalçılarının yanındadır. Dövlət kənd təsərrüfatına bütün istiqamətlər üzrə dəstək göstərir. Ümumi 1,5 milyard manatla yanaşı, təkcə suvarma suyu ilə bağlı kənd təsərrüfatı istehsalçılarına maya dəyərindən təxminən 30 dəfə aşağı tariflə suvarma suyu satılmaqdadır. Biz bunu əgər ümumi qiymətləndirmiş olsaq, təkcə suvarma suyuna görə təxminən dövlət 300 milyon manata yaxın dövlət dəstəyi ayırmaqdadır. O cümlədən, təkcə kənd təsərrüfatı üzrə vergi güzəştlərinin məbləği 580 milyon manat təşkil edir. Yəni, həmin məbləğ qalmaqdadır və belə olan halda 580 milyon manat vergi güzəştini dövlət tətbiq edirsə, 12-13 milyon manat təbii ki, fermerdən bir vergi gözləntisinin olması heç də ondan xəbər vermir ki, biz fermerlər hesabına büdcə daxilolmalarını təmin edirik. Onu da bildirmək istərdim ki, gözlənilən məbləğ ümumilikdə kənd təsərrüfatı üzrə vergi güzəştlərinin cəmi 2 faizini təşkil edir.

O zaman sual yaranır ki, bəs nə üçün biz artıq kənd təsərrüfatında yeni vergi rejimini tətbiq edirik? Bunun başlıca səbəblərindən biri odur ki, artıq kənd təsərrüfatında vergi həm də uçotla əlaqələndirilmiş olur. Kənd təsərrüfatında vergi məsələlərinin uçotla əlaqələndirilməsi həm də ona imkan verəcək ki, dövlət hər bir kəndliyə, fermerə, kənd təsərrüfatı istehsalçısına yönəltdiyi dəstəyi qiymətləndirmiş olsun, kənd təsərrüfatına dövlət dəstəyini daha səmərəli təşkil eləmiş olsun, aqrar siyasət səmərəli həyata keçirilsin, həm də çox mühüm məsələlərdən biri ondan ibarətdir ki, dövlət tərtib etdiyi ərzaq balansını daha real əsaslarla, şərtlərlə tərtib etmiş olsun. Ona görə ki, burada əsas məsələlərdən biri ərzaq məhsulları ilə ölkənin özünü təmin etmə göstəricilərinin dəqiq hesablanmasıdır. Vergi məsələlərinin uçotla əlaqələndirilməsi həm kənd təsərrüfatına dəstəyin səmərəli təşkilinə imkan verəcək, həm də bütövlükdə vergi inzibatçılığını təkmilləşdirəcək və kənd təsərrüfatında yeni bir mərhələnin başlanğıcı olacaq".

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Noyabr 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see336

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see311

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see296

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see276

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see273

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see271

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see270

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see267

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see259

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see249

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see245

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see244

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see240

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see239

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see232

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see230

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see221

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see217

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see210

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri