Fernandu Santuş: Sabah baxımlı oyun göstərmək istəyirik Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
UEFA Millətlər Liqasının qrup mərhələsinin sabah keçiriləcək 5-ci turu çərçivəsində Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Qəbələdə mətbuat konfransı keçirib.
Konfransında başq məşqçi ilə yanaşı Azərbaycan millisinin üzvü Musa Qurbanlı da iştirak edib.
Baş məşqçi Fernando Santuş bildirib ki, Azərbaycan milli komandası ilə müqaviləsi 2028-ci ilə qədərdir: "Bu illər ərzində Azərbaycan millisinin heç vaxt qazanmadığı uğurları qazanmağı planlaşdırmışam. Oyuna yaxşı hazırlaşmışıq, ilk oyunda Estoniyaya məğlub olsaq da, yaxsı oyun nümayiş etdirmişdik. Sabah da baxımlı oyun göstərmək istəyirik".
Jurnalistlərin suallarını cavablandıran millinin üzvü Musa Qurbanlı bildirib ki, Estoniya ilə oyuna yaxşı hazırlaşıblar: "Komandada əhval-ruhiyyə yaxşı vəziyyətdədir, inanıram ki, yaxşı oyun göstərəcəyik".
Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində noyabrın 16-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq.
///apa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 15 Noyabr 2024 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















