Icma.az
close
up
RU
Fərqli ideyalar, iç dünyası və ədəbiyyat: Ömər Xəyyam izah edir

Fərqli ideyalar, iç dünyası və ədəbiyyat: Ömər Xəyyam izah edir

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ədəbiyyatın insan həyatına və cəmiyyətə təsiri uzun müddətdir ki, filosofların, yazıçıların və tənqidçilərin diqqətini çəkən mövzudur. 

O, yalnız hekayələr və şeirlər vasitəsilə zövq vermir, həm də oxucunun dünyagörüşünü, düşüncə tərzini və daxili dünyasını formalaşdırır. Amma bu formalaşma birbaşa və tək tərəfli olmur; əksinə, ədəbiyyat oxucunu müxtəlif fikirlər, ideyalar və həyat təcrübələri ilə üz-üzə qoyaraq onu daim yenidən düşünməyə, özünü sorğulamağa və daxili müzakirələr aparmağa məcbur edir.

İnsan beyni və psixologiyası müəyyən bir məkanda, mədəniyyət və ənənələr daxilində formalaşır, müəyyən qəliblər içində möhkəmlənir. Hər bir yeni ideya, hər bir fərqli düşüncə sistemi oxucunun “doğru” anlayışını sorğulamasına səbəb olur və beləliklə, dünyagörüşü sabit bir struktur kimi qalmır. O, daim dəyişən, nəfəs alan və oxucunun içində inkişaf edən bir orqana çevrilir. Marqarita pizza

Müxtəlif yazıçıların eyni mövzunu fərqli prizmalarla təqdim etməsi oxucuda həm çaşqınlıq, həm də yeni oyanış effekti yarada bilər. 

Məsələn, sevgi, ölüm, azadlıq və ya müharibə mövzusunda yazılmış iki fərqli əsərdə oxucu anlayır ki, “həqiqət” sabit deyil, baxış bucağından və fərdi təcrübədən asılıdır. Bu zaman oxucu passiv müşahidəçi olmur, fəal düşünən və müqayisə edən bir subyektə çevrilir. O, yalnız əsəri qəbul etmir, onu analiz edir, ölçür və öz dəyərlərini yenidən gözdən keçirir.

Ədəbiyyat həm də oxucuya səssiz təsir göstərir. O, təlimat vermir, əmrlə yönləndirmir. Əksinə, şübhə və düşüncə toxumları səpərək içdən içə inkişaf edən proses yaradır. Bir obrazın faciəsi, bir dialoqun incə nüansı, bir hekayənin pıçıldadığı sual oxucunun içində yeni anlamlar, fərqli cavablar və daxili müzakirələr doğurur. Oxucu bu toxumların cücərdiyi nəticələri bəzən anlamadan qəbul edir, amma onlar həyatdakı seçimlərinə və baxış bucağına təsir edir.

Ümumiyyətlə, ədəbiyyat insanı dəyişdirmir. O, oxucunu fərqli tərəfləri və mümkün variantları ilə tanış edir. Hər bir yeni ideya, hər bir fərqli baxış oxucunu özündə yenidən kəşf etməyə, dünyanı fərqli prizmalarla görməyə dəvət edir. Ədəbiyyatın gücü də elə buradadır.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən yazıçı Ömər Xəyyam bildirib ki, ədəbiyyat ideyaları təbliğ etmir, onları pıçıldayır:

“Müxtəlif ideyalar oxucunun dünyagörüşünü təkcə formalaşdırmır, onu parçalayır, yenidən tikir, silkələyir. İnsan beyni doğulduğu məkana, dinlədiyi nağıllara, öyrəndiyi qaydalara görə bir qəlibdə bərkidilir. Müxtəlif ideyalar isə həmin qəlibin, ən pis halda, kənarlarına toxunur, onu çatladır. Bəzən bir ideya içində illərlə susan sualın dilini açır, bəzən də səni özünlə üz-üzə qoyur. Oxucu fərqli düşüncə sistemləri ilə qarşılaşdıqca içindəki “doğru” anlayışını sorğulamağa başlayır. 

Bu isə dünyagörüşünün sabit  olmadığını, daim yenilənən, nəfəs alan bir orqan olduğunu göstərir. Yəni müxtəlif ideyalar oxucunu dəyişmir - onu özünün fərqli versiyaları ilə tanış edir. Və bəzən bu tanışlıq insanın özünə dönməsinə, bəzən də özündən tamamilə çıxmasına səbəb olur. Ədəbiyyat ideyaları təbliğ etmir, onları pıçıldayır. İnkişaf əmrlə deyil, şübhə və düşüncə ilə başlayır. Ədəbiyyat məhz bu şübhəni oyadan sahədir. O, oxucunun zehnində bir qapı aralayır, ora fikir toxumu səpir və səssizcə çəkilir. O toxum orada cücərir, böyüyür və sonda ya sual olur, ya da etiraz”.

Yazıçı qeyd edib ki, bir roman təkcə hekayə nəql etmir, həm də alternativ düşüncə forması təqdim edir:

“Cəmiyyətin inkişafı yalnız texnologiya ilə ölçülmür - o, insanın iç dünyasındakı dərinlik, empatiya və başqasının həyatına nəzər yetirmə bacarığı ilə də ölçülür. Ədəbiyyat isə bu inkişafın qaranlıqda qalan tərəfidir; o, cəmiyyətin xarakterini, yaddaşını və vicdanını formalaşdıran gücdür. Bir roman təkcə hekayə nəql etmir, həm də alternativ düşüncə forması təqdim edir. 

Bir şeir, sadəcə, hissləri ifadə etmir, dilin imkanlarını zorlayır, duyğunun sərhədlərini genişləndirir. Bu ideyalar fərdin içinə düşdükcə, o  dəyişir. Fərd dəyişdikcə, cəmiyyətin ritmi dəyişir. Beləcə, ədəbiyyat cəmiyyəti birbaşa idarə etməsə də, onun istiqamətini təyin edir - suyun daş üzərində iz saldığı kimi. Ədəbiyyat oxucunun həyat seçimlərinə təsir edə bilər, əlbəttə, amma bunu səs-küylə yox, səssizliklə edir. 

Oxucu bəzən bir obrazın faciəsində tərəddüdünün mənbəyini öyrənir, bir dialoqda sualına cavab tapır. Bu bəzən o qədər incə olur ki, insan nə baş verdiyini anlamır; tutalım, qərar verərkən içindən bir səs eşidir - pıçıltı duyur. O səs, bir növ, oxuduğu kitabın exosudur”.

Ömər Xəyyamın sözlərinə görə, ədəbiyyat insanı müxtəlif cavablarla üz-üzə qoyur:

“Ədəbiyyat insana birbaşa nəyisə öyrətmir, amma onu düşünməyə məcbur edir. Bu düşüncə bəzən insanı qəlibindən çıxarır, bəzən də özünə qaytarır. Seçimlər - hansı peşəni seçmək, kimlə yaşamaq, nəyə inanmaq - yalnız həyat təcrübəsindən yox, həm də oxunan mətnlərin buraxdığı izlərdən doğur. Yazıçı bəzən bunu məqsədli etmir - o, sadəcə, yazır. 

Amma söz bir dəfə yazıldıqda, artıq yazıçıdan çıxır və oxucunun dünyasında yaşamağa başlayır. Hər oxucu onu başqa cür oxuyur, başqa yerdə saxlayır. Elə buna görə ədəbiyyat təkcə təsir etmir - o, səninlə birgə qərar verir, sən hiss etmədən. Eyni mövzudan bəhs edən iki fərqli əsərin ideyaca tamamilə fərqli olması oxucuda həm çaşqınlıq, həm də oyanış effekti yarada bilər. Eyni mövzu - məsələn, sevgi, ölüm, azadlıq və ya müharibə - iki fərqli əsərdə tamamilə zidd ideyalarla təqdim olunursa, oxucu bir anda anlayır ki, gerçəklik sabit deyil, baxışdan asılıdır. Bu zaman insan sual verməyə başlayır: “Bəs mən hansı tərəfdəyəm?” və ya “Mənim bu məsələyə münasibətim, əslində, hardan qaynaqlanır?” 

Bu, oxucunu passiv müşahidəçidən fəal düşünənə çevirir. Artıq o, əsəri yalnız qəbul etmir - onu müqayisə edir, təhlil edir, içində ölçür. Bu müqayisə onun düşüncə çevikliyini artırır, bəzən dəyərlər sistemini yenidən qurur. Yazıçı üçün bu fərqlilik ziddiyyət deyil, əksinə, ədəbiyyatın zənginliyidir. Eyni ağrının iki fərqli səslə danışılması deməkdir. Oxucu bu səslər arasında gəzişərkən öyrənir ki, dünyanı anlamanın tək yolu yoxdur. Bu fərqlilik onu zənginləşdirir və bəzən içindəki “doğru”lara güzgü tutur. Ədəbiyyatın gücü də elə buradadır: oxucuya cavab vermir - onu müxtəlif cavablarla üz-üzə qoyur”.

Aydan Hacı 

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.   


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 Avqust 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see191

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see155

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri