Icma.az
close
up
RU
Plastik əməliyyat, ayfon, kredit və əxlaqsızlıq Ömər Xəyyam

Plastik əməliyyat, ayfon, kredit və əxlaqsızlıq Ömər Xəyyam

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az Ömər Xəyyamın "Arzusu olmayan sintetik xordalılar" yazısını təqdim edir.


Məlum, tərbiyəli olanların çoxu əxlaqsız, əxlaqlı olanların çoxu tərbiyəsizdir.
Di gəl, virtual/fiziki təlqinlərlə özlərini özgələrinin arzularına qurban vermiş şirin, yumru və balaca istismar/istehlak obyektləri bu həqiqətdən agah deyil və onların xəbəri yoxdur ki, izafi ehtiyac birbaşa reklam sənayesinin, pop-kulturanın, sosial medianın diktəsiylə yox, həm də əxlaqi aşınmayla yaranır.
Hamımız bilirik, arzunun mənbəyi fərdin özü yox, özgələridir.
Yəni, sən başqasının arzuladıqlarını arzulayırsan: Tutalım, Sabişkanın əlindəki ayfonu – yəni, Sabişkanın əlində tutduğu başqasının arzusunu – istəyirsən və müxtəlif üsullarla – kreditlə, borcla, gecə-gündüz işləyərək – haman uydurulmuş istəyinə çatırsan.
Yəni, özgələşirsən. Özünə, əslinə, kimliyinə yadlaşırsan, başqalarının arzularını reallaşdıran makinaya çevrilirsən.
Evli, (təkcə evlənmiş mənasında yox, həm də evi olan) işli, maşınlı… tez-tez səyahət edən, qışda yad ellərə xizək sürməyə, yayda okean sahillərinə çimməyə gedən… lüks həyatı olan kişi modeli… – müqayisə predmetidir.

O hardasa yeyir, sən arzulayırsan…
O hardasa içir, sən arzulayırsan…
O bahalı maşın alır, sən arzulayırsan…
O məmələrini böyüdür, sən arzulayırsan…
O filan yerini kəsdirir, sən arzulayırsan…
Beləcə, onun arzularını arzulayırsan. Müqayisə edirsən…
Ya o adama çatırsan, ya da o arzu səni depresiyaya salır, tamamilə məhv edir.
Hər iki halda başqalarının arzusu uğrunda özünü fəda edirsən.
Və bu qurbanvermə mərasimi səni cəmiyyətdə “kişi hədəf qoydu, hədəfinə çatdı”, “halal olsun, işlədi, işlədi, nəhayət, istədiyi yerdədir” oxşamalarıyla tərbiyəvi, nümunəvi fərd kimi səciyyələndirsə də, biləsən, tamamilə əxlaqsız prosesdir.
Nədən ki, bu məqsədəyetmə aktı tamamilə əxlaqazidd şəkildə baş vermiş…
Ümumiləşdiririk:
Arxasını böyüdən qadın, sözsüz, əxlaqsızdır.
Başqasının evini arzulayıban özünə əl qatan, özünü, kimliyini qurban verən kişi, əl-əlbət, əxlaqsızdır…
Tərbiyəli olsa da…
Üstəlik, prosesə "estetik əməliyyat" adı vermək... bilmirəm, şüurlu, yoxsa qeyri-iradi şəkildə baş verib.
Məsələnin, birbaşa estetikayla əlaqəsi yoxdur, əlbəttə, mən bu təsbiti başqa cür oxuyuram: yəni, estetikanı əməliyyat edirlər, kəsib götürürlər.
Müstəvinin fərqi yoxdur, əxlaqsız əməl həm də qeyri-estetikdir.
Beləliklə, əxlaqi dəyər erroziyaya uğrayır, sıradan çıxır və öz arzusu olmayan sintetik xordalılar yaranır.


“Çoxluqdan ötrü fərqi yoxdur.
Uşaq bezlərinə ucdantutma "pampers" deyir.
Yaxud elektrikli çaydan...
Əgər bir çaydan elektriklidirsə, adı "tefal"dır…”

ləzgi atalar sözü


Mağarada yaşayan ulu əcdadımız pitekantrop daşla/ağacla quş quşlayanda, ov ovlayanda... niyyəti eləcə yaşamaq idisə və bu qanlı istehlakın səbəbi instinktiv idisə, indiki təkmil pitekantroplar, yəni, biz - məməli, xordalı şüurlu canlılar meqapolisin ortasında, ticarət mərkəzinin bilməm neçənci mərtəbəsində, manipulyativ tələbat vitrinlərinin önündə meymunluq edirik.
Market arabasını ağzına kimi dolduran Hümbətin mahiyyət etibarilə fil dalınca qaçan əcdadından fərqi yoxdur.
Bu diktə edilmiş izafi istehlak, bu markamaniya fərdlərin təkcə rəngarəngliyini, özünəxaslığını öldürmür, həm də onların xarakterini eyniləşdirir.
Markamaniyanın əsas simptomu - zahiri oxşarlıq zamanla eyni cür yeyən, eyni cür geyinən, eyni cür sevən, eyni cür ayrılan... – bircür, yekrəng, təkcins xordalıların yaranmasına səbəb olur.
Əlifağanı ayfonun funksiyaları qətiyyən maraqlandırmır: o ayfonla elə "samsunq" telefonunda gördüyü işi görəcək: yenə kiməsə yazacaq, yenə tik-tokda sülənəcək.

Məsələn, on min cür qəndqabı satılır, milyon növ stəkan istehsal olunur, di gəl, hamısının funksiyası eynidir: qəndqabına qənd, stəkana maye.

Soruşarsan, məhsul çoxluğudur, çeşid bolluğudur... nəyi pisdir, rəngarənglikdir də... və beləcə, müxtəlif zövqləri və başqa müxtəliflikləri əsas gətirərsən, fəqət həqiqət bu ki, çeşid çoxluğu, növ müxtəlifliyi xordalı, məməli aliləri öz rəngindən, öz mahiyyətindən uzaqlaşdırdı; hamı dönüb oldu eyni cür, eyni rəngdə və eyni mahiyyətdə.
İndi növ çoxluluğu, zövq müxtəlifliyi, təxminən, artefaktdır.

Bir sözlə, vaxt keçir, fərdin məxsusiliyi, unikallığı itir.
Beləliklə, yaşlandığımız beton cəngəllikdə özünü ifadə edə bilməyən, hisslərdən arınmış, heyrətlənmək hissini itirmiş, bir/birinə oxşayan, bir/biriylə eyniləşmiş, arzulaya bilməyən - başqalarının arzularından ibarət xordalılar çoxalır.
Bu beton cəngəlliyin çıxış qapısı isə elə cəngəlliyin girişindədir.

Uşaq İncəsənət Festivalının birinci seçim turu davam edir Bülənt Ərsoyun sərvəti açıqlandı Kino Agentliyinin yeni baş direktoru kimdir?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://kulis.az
archiveBu xəbər 05 May 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri