Icma.az
close
up
RU
“Fərqli kontekstlərdə islamofobiya: Regional perspektivlər” panelində qərəz və nifrətə qarşı birgə mübarizəyə çağırış

“Fərqli kontekstlərdə islamofobiya: Regional perspektivlər” panelində qərəz və nifrətə qarşı birgə mübarizəyə çağırış

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 26 may, AZƏRTAC

“İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində “Fərqli kontekstlərdə islamofobiya: Regional perspektivlər” mövzusunda panel sessiyası təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanın İran Araşdırmaları Beynəlxalq İnstitutunun rəhbəri Məhəmməd Əl Sulaminin moderatorluğu ilə keçirilən panel sessiyada islamofobiyanın tarixi və müasir təzahür formaları, onun siyasi, dini və ictimai təsirləri müzakirə edilib.

İclasda çıxış edən “Multi-Faith Neighbours Network”un həmtəsisçisi, “Institute for Global Engagement”in prezidenti Bob Roberts deyib ki, islamofobiya təkcə müsəlmanlar üçün deyil, həm də xristianlar üçün zərərlidir, çünki bu, insanların inancını sarsıdır. Onun sözlərinə görə, hazırda bəşəriyyət hər 80-100 ildən bir yaşanan tarixi dönüş nöqtələrindən birindədir: “Dünyada mədəni, sosial və siyasi baxımdan ciddi problemlərlə qarşı-qarşıyayıq. Bu da islamofobiya məsələsini daha da dərinləşdirir”.

Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının Dini Münasibətlər Komissiyasının sabiq katibi Xəlid Akaşeh qeyd edib ki, bu gün biz islamofobiyaya qarşı mübarizə aparırıq, qərəzi ifşa etməyə çalışırıq. Müsəlmanlarla dialoqa daim açıq olduqlarını deyən Xəlid Akaşeh bildirib: “Müsəlman dostlarımız bizə daim sevgi və diqqətlə yanaşıblar. Bu tədbirin təşkilatçılarına təşəkkür edirəm. Biz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazırıq”.

O qeyd edib ki, insanlar arasında qarşılıqlı etimad çox vacibdir. Qərəzli yanaşmalar nəticəsində insanlar cəmiyyətdən təcrid olunur, hüquqlarından məhrum edilirlər. Biz müsəlmanlarla birgə, çiyin-çiyinə bu təhlükəyə qarşı mübarizəyə hazırıq.

“İslamofobiya yalnız müsəlmanlara deyil, bütün insanlığa qarşı yönəlmiş təhlükədir. Bu, dünyada əmin-amanlığın pozulmasına səbəb olur”, - deyə Xəlid Akaşeh vurğulayıb.

Milli Məclisin deputatı Tural Gəncəliyevin fikrincə, dünyanın müxtəlif bölgələrində islamofobiyanı təbliğ edən şəxslərin fəaliyyəti ciddi narahatlıq doğurur. Xüsusilə Avropada və digər Qərb ölkələrində cəmiyyətlərə, yerli əhaliyə İslama və müsəlmanlara qarşı tədricən nifrət aşılamağa yönəlmiş meyllərin artdığını müşahidə edirik. İslamofobiya müsəlmanlara qarşı yönəlmiş qərəz və nifrət formasıdır.

T.Gəncəliyev bildirib ki, müsəlmanları hədəfə alan mənfi emosional və koqnitiv reaksiyalar son dövrlərdə daha da artıb. İslamofobiya ilə irqçilik arasında sıx əlaqənin mövcud olduğunu deyən deputat əlavə edib: “Əfsuslar olsun ki, Avropada ifrat sağçı siyasi hərəkatların fəallığını müşahidə edirik. Onlar irqçilik zəminində insanlara hücum etmək üçün islamofob cərəyanlardan da istifadə edirlər”

Birləşmiş Ərəb Əmirliklərinin İnsan Qardaşlığının Ali Komitəsinin müşaviri Herizal Həzrin sözlərinə görə, bir araya gələrək birgə yaşayışın əhəmiyyətini və onun bəşəriyyət üçün nə qədər vacib olduğunu müzakirə etmək çox önəmlidir.

“Bu, sadəcə mənəvi arqument deyil, hazırda yaşadığımız və mövcud olan sistematik problemdir. Bu səbəbdən ona qarşı mübarizə də sistemli olmalıdır. Biz bilirik ki, birgəyaşayışı təbliğ etmək təkcə mənəvi prinsiplərlə məhdudlaşmamalıdır. Bununla yanaşı, elmi yanaşmamız da olmalıdır. Çünki birgəyaşayış bəşəriyyətin sağ qalması üçün vacibdir”, - deyə müşavir qeyd edib.

Fransız və Ərəb Dilçilik və Etimoloji Araşdırmalar Cəmiyyətinin prezidenti, Orient XXI Qrupunun rəhbəri Roland Laffitte çıxış edərək deyib ki, islamofobiya termini bəzi dairələrdə çaşqınlıqla qarşılanır, çünki tənqid və nifrət arasındakı hüquqi fərq bilərəkdən nəzərdən qaçırılır. O qeyd edib ki, əslində, islamofobiya yalnız dinə deyil, müsəlmanlara və İslam mədəniyyətinə qarşı nifrəti də əhatə edir. Bu isə statistikada və gündəlik həyatda müşahidə olunan ayrı-seçkiliklərlə təsdiqlənir.

Misir Xarici İşlər Nazirliyinin təqaüddə olan səfiri Badurrahman Slahəddin isə bildirib ki, dini dialoq maarifləndirici olsa da, birgəyaşayış üçün ən ideal üsul deyil. Onun fikrincə, mədəniyyət əsas körpü rolunu oynamalı və digər dinlərin nümayəndələrinə qarşı təhqiramiz ifadələrdən imtina edilməlidir.

Panel sessiyası mövzu ətrafında müzakirələrlə davam etdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri