Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Naxçıvan: yeni iqtisadi model və regional perspektivlər

Naxçıvan: yeni iqtisadi model və regional perspektivlər

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası zəngin tarixi-mədəni irsi, özünəməxsus sosial-iqtisadi xüsusiyyətləri və formalaşmış ənənələri ilə seçilən qədim diyardır. XX əsrin 1990-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində Naxçıvanın xarici aləmlə nəqliyyat və iqtisadi əlaqələri ciddi şəkildə məhdudlaşmış, bölgə faktiki blokada şəraitində qalmışdı.

Bu vəziyyət ərzaq təminatında çətinliklərə, iş yerlərinin bağlanmasına, enerji təchizatında ciddi problemlərə səbəb olmuşdu. Məhz belə mürəkkəb tarixi-siyasi şəraitdə Naxçıvana gələn dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev xalqın iradəsi və dəstəyi ilə muxtar respublikanın rəhbərliyini öz üzərinə götürərək böhranın aradan qaldırılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətə başladı, Türkiyə və İranla əlaqələri genişləndirdi, yeni iqtisadi və humanitar əməkdaşlıq imkanları yaratdı. Görülən tədbirlər Naxçıvanın ən çətin günlərdə ərzaq və digər həyati ehtiyaclarının təmin olunmasına, bölgənin sabitliyinin qorunmasına və gələcək inkişafı üçün əsasların formalaşmasına imkan verdi.Sonrakı mərhələdə Naxçıvanın inkişafına göstərilən dövlət diqqəti Ulu Öndərin siyasi xəttinin davamı olaraq Prezident İlham Əliyev tərəfindən də ardıcıl şəkildə davam etdirilir. Onun respublikamıza rəhbərlik etdiyi dövrdə muxtar respublikaya 17 dəfə səfər etməsi, Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı fərman və sərəncamlar imzalaması bu diqqətin konkret ifadəsidir. Prezident İlham Əliyev bu günlərdə birinci xanım Mehriban Əliyeva ilə birlikdə Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində məmnunluq hissi ilə bildirib ki, Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Son 22 ildə Naxçıvanın inkişafı bölgənin potensialı, reallıqları və əmək ənənələri nəzərə alınmaqla hazırlanan proqramlar əsasında məqsədyönlü şəkildə təmin edilib. Prezident İlham Əliyev bəhs olunan müsahibəsində bu illər ərzində bir çox önəmli layihələrin icra olunduğunu və Naxçıvanın ümumi inkişafının təmin edildiyini xüsusi vurğulayıb. Bu illər ərzində həyata keçirilən layihələr Naxçıvanın simasının əhəmiyyətli dərəcədə dəyişməsinə, iqtisadi imkanlarının genişlənməsinə və əhalinin həyat şəraitinin yaxşılaşmasına səbəb olub. Görülən işlər nəticəsində muxtar respublikada infrastruktur təminatı və enerji təchizatı yaxşılaşıb, müasir yollar inşa edilib, sosial təyinatlı obyektlər yaradılıb, yeni müəssisələr fəaliyyətə başlayıb və iş yerləri açılıb.Sənaye və sahibkarlığın inkişafı da bu prosesin mühüm istiqamətlərindən biridir. Naxçıvan Muxtar Respublikasında sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların dəstəklənməsi, sənayenin davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 13 sentyabr tarixli müvafiq Fərmanı ilə Şərur Sənaye Məhəlləsi yaradılıb. İnvestisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, iqtisadiyyata sərmayə qoyuluşunun stimullaşdırılması üçün sahibkarlıq subyektlərinə investisiya təşviqi sənədləri təqdim edilib. İxracın stimullaşdırılması məqsədilə müxtəlif ölkələrdə keçirilmiş tədbirlərdə yerli sahibkarlıq subyektlərinin dövlət dəstəyi ilə iştirakı təmin edilib.Muxtar Respublikanın qaz təminatının bütövlüklə həllini tapması böyük uğurdur. Müsahibədə vurğulandığı kimi, bu məqsədlər üçün zamanında dövlətimizin başçısının təşəbbüsü ilə İran İslam Respublikası ilə qaz mübadiləsi sazişi imzalanıb. Bu sazişə əsasən, İrandan Azərbaycana qaz kəməri çəkilib və eyni zamanda, Azərbaycanın Astara rayonundan İran ərazisinə qaz nəqli təmin edilib. Beləliklə, mübadilə yolu ilə Naxçıvanın qaz təminatı 100 faiz həllini tapıb.

“Bununla paralel olaraq, qazlaşmanı apardıq. Artıq neçə ildir ki, - təqribən deyə bilərəm, bəlkə 15 il, bəlkə ondan da çox, - Naxçıvanda qazlaşma 100 faizdir. Azərbaycanda ümumilikdə qazlaşmanın səviyyəsi 96 faizdir, bu da çox böyük rəqəmdir. Ancaq Naxçıvanda bu, artıq 100 faizdir. Yəni bu da enerji təhlükəsizliyinə yönəlmiş bir addım idi”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Əvvəlki dövrdə görülmüş işlər Naxçıvanın yeni strateji mərhələdə inkişafı üçün möhkəm baza yaradıb. Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi də bu baxımdan mühüm addımdır. Davamlı iqtisadi artımın təmin edilməsini, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasını və muxtar respublikanın ölkə iqtisadiyyatına tam inteqrasiyasını hədəfləyən Dövlət Proqramında prioritet istiqamətlər müəyyən edilib. Həmin istiqamətlərə əlverişli biznes mühitinin yaradılması, ticarətin inkişafı, ixracyönlü sənayenin inkişafı, turizmin inkişafı və s. daxildir.
Son üç ildə muxtar respublikada yeni Dövlət Proqramı ilə qarşıya qoyulan məqsədlərə çatmaq üçün sosial-iqtisadi inkişaf üzrə genişmiqyaslı işlər görülür. Dövlət maliyyə dəstəyi, Sahibkarlığın İnkişafı Fondunun kredit vəsaiti və özəl investisiya qoyuluşu hesabına 2023-cü ildən 2026-cı ilin 1 iyul tarixinədək muxtar respublikada ümumilikdə 359 istehsal və xidmət sahəsinin yaradılması başa çatdırılıb. İqtisadi potensialın daha da gücləndirilməsi məqsədilə 2024-cü il 5 dekabr tarixində imzalanmış Fərmanla Naxçıvan Sənaye Parkı yaradılıb.
Özəl təşəbbüsün təşviqi, sahibkarlığın maliyyə resurslarına çıxışının genişləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması Naxçıvanda yeni iqtisadi inkişaf modelinin mühüm istiqamətlərindəndir. 2023-cü ildən 2026-cı ilin ilk altı ayı da daxil olmaqla Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 342 sahibkarlıq layihəsinin maliyyələşdirilməsi təmin edilib, bu məqsədlə səlahiyyətli bank və kredit təşkilatları vasitəsilə ümumilikdə 27,2 milyon manat güzəştli kredit verilib. Dövr ərzində maliyyələşdirilmiş layihələrin 77 faizi 2025-ci il və 2026-cı ilin birinci yarımilinin payına düşür. Həyata keçirilən bu və digər tədbirlərin nəticəsi olaraq Naxçıvanın iqtisadi imkanları genişlənib. 2026-cı ilin birinci yarısında muxtar respublikada ÜDM istehsalı 835,4 milyon manat təşkil edərək 2,5 faiz artıb. Büdcə gəlirləri 218,4 milyon manat, sənaye məhsulu istehsalı isə 275,9 milyon manat olub.
“Yəni proqramın tərkib hissəsinə baxmaq kifayətdir ki, burada hər kəs görsün ki, Naxçıvanın inkişafı reallıqdır”, - deyə Prezident İlham Əliyev müsahibədə vurğulayıb. Naxçıvanın inkişafı ilə bağlı görülən işlər təkcə sosial-iqtisadi göstəricilərlə məhdudlaşmır. Muxtar respublikanın Azərbaycanın regional nəqliyyat-logistika sistemində rolunun artırılması da qarşıdakı dövr üçün mühüm istiqamətlərdən biridir. Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına sayca 17-ci səfəri də bu baxımdan diqqət çəkir. Səfər zamanı iştirak etdiyi açılışlar və verdiyi bəyanatlar Naxçıvanın təhlükəsizliyi, iqtisadi inkişafı və Azərbaycanın ümumi geoiqtisadi strategiyasındakı rolu baxımından mühüm mesajlar verir.
Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı verilən mühüm mesajlardan biri Zəngəzur dəhlizi ilə bağlıdır. Dövlətimizin başçısı Azərbaycan Televiziyasına müsahibəsində bu istiqamətdə görülən işlərdən danışıb və dəmir yolunun Naxçıvan hissəsində edilən yeniliklərin əhəmiyyətini vurğulayıb. Belə ki, həmin hissədə yenidənqurma işləri nəticəsində yükdaşımaların ildə 15 milyon tona çatdırılması nəzərdə tutulur. Bununla Naxçıvanın nəqliyyat-logistika qovşağı kimi mövqeyinin güclənməsi və Orta Dəhliz çərçivəsində əhəmiyyətinin artması gözlənilir. Eyni zamanda, beynəlxalq qurumların Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə böyük maraq göstərməsi də diqqət çəkən məqamlardandır. İnfrastruktur layihələrinin tamamlanmasına gəlincə, Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, tam hazır olması regional blokadanın tamamilə yarılması prosesini sürətləndirir. Eyni xətt üzrə dəmir yolu isə gələn il başa çatacaq. Bu il Ermənistan ərazisində TRIPP layihəsinin praktiki icrasına başlanılması da nəzərdə tutulur. Avqustun 8-də dövlətimizin başçısının ABŞ Prezidenti Donald Trampla telefon söhbətində bu məsələ xüsusi diqqət mərkəzində olub. Bütövlükdə, bu layihənin reallaşdırılması Naxçıvanın beynəlxalq logistika mərkəzlərindən birinə çevrilməsi üçün yeni imkanlar yaradacaq.
Beləliklə, son illərdə həyata keçirilən sosial-iqtisadi layihələr, sahibkarlığın və sənayenin inkişafına verilən dəstək, enerji təminatının yaxşılaşdırılması və nəqliyyat infrastrukturunun yenilənməsi Naxçıvanın inkişafında yeni mərhələ formalaşdırıb. Qarşıdakı dövrdə nəzərdə tutulan layihələrin icrası isə muxtar respublikanın iqtisadi potensialının daha dolğun reallaşdırılmasına, regional nəqliyyat əlaqələrinin genişlənməsinə və Naxçıvanın Azərbaycanın ümumi geoiqtisadi strategiyasında daha mühüm mövqe tutmasına imkan verəcək.

Pərvin Kərimzadə
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Avqust 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see631

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see304

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see293

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see281

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see275

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see255

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see253

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see248

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see242

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see237

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see231

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see230

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see216

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see205

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see205

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see204

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see204

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see198

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see191

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri