Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Barselona"nın hücumçusu Ferran Torresin gələcəyi ilə bağlı yeni detallar məlum olub.
QOL.az xəbər verir ki, "Mundo Deportivo"nun yaydığı məlumata görə, Kataloniya klubu ispan futbolçunu heyətdə saxlamaq niyyətindədir və yay transfer pəncərəsi bağlandıqdan sonra onunla yeni müqavilə imzalamağı planlaşdırır.
Bildirilib ki, "Barselona" yalnız bir halda Ferran Torresin transferinə razılıq verəcək. Bu, futbolçunun özünün klubdan ayrılmaq istəməsi və rəsmi şəkildə transfer xahişi etməsi halında mümkün olacaq.
Qeyd edək ki, daha əvvəl 26 yaşlı hücumçunun PSJ-nin maraq dairəsində olduğu və onun gələcəyi ilə bağlı müxtəlif iddialar səsləndirilmişdi. Bununla belə, "Barselona" rəhbərliyi hazırda Ferran Torresi komandanın vacib üzvlərindən biri hesab edir. Klub maliyyə məhdudiyyətlərinə baxmayaraq, oyunçunun müqaviləsini uzatmağı nəzərdən keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 26 İyul 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















