Ferrari nin ilk elektromobili satışa çıxmamış tükənib
Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif:Mehin Qasımova,Banco.az
"Ferrari" şirkətinin ilk tam elektrikli avtomobili "Luce" üçün 2027-ci ilə nəzərdə tutulan satış həcmi artıq sifarişlərlə tam əhatə olunub.
Banco.az xəbər verir ki, şirkətin baş direktoru Benedetto Vigna üçüncü rübün maliyyə nəticələrinə dair mətbuat konfransında bildirib ki, modelə göstərilən maraqdan olduqca məmnundurlar.
Onun sözlərinə görə, "Ferrari" gələn il satmağı planlaşdırdığı bütün avtomobilləri artıq müştərilər arasında bölüşdürüb. Bununla belə, şirkət 2027-ci il üçün konkret satış hədəfini açıqlamayıb.
"Luce" modelinin ilk tədarüklərinin bu ilin sonuna planlaşdırıldığı bildirilir.
Benedetto Vigna qeyd edib ki, avtomobil bir sıra yeni texnologiyaları və komponentləri özündə birləşdirdiyindən mürəkkəb layihədir. Bununla belə, şirkət nə istehsal, nə də tələb baxımından ciddi problemlə üzləşmədiyini açıqlayıb.
Qeyd edək ki, "Ferrari" 2030-cu ilədək məhsul çeşidinin 20 faizini tam elektrikli avtomobillərdən ibarət etməyi hədəfləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 04 Noyabr 2026 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















