Ferstappenə fantastik müqavilə: İldə 100 milyon dollar qazanacaq
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Niderlandlı pilot Maks Ferstappen "Formula-1"in "Red Bull" komandası ilə yeni müqaviləsinin şərtlərinə əsasən, ildə 100 milyon dollar qazanacaq.
Moderator.az xəbər verir ki, bu barədə "GPblog" jurnalist Co Seyvarda istinadən məlumat yayıb.
Avqustun 20-də "Red Bull" pilotla müqavilənin 2030-cu ilə qədər uzadıldığını açıqlayıb. Mənbənin məlumatına görə, yeni müqavilə üzrə 28 yaşlı Ferstappenin baza maaşı 100 milyon dollar təşkil edəcək. Əvvəllər bu göstərici 65 milyon dollar olub. Bonuslar nəzərə alınmaqla, pilotun illik gəliri 120 milyon dollara çata bilər.
Baza maaşının məbləğinə görə niderlandlı pilot yeddiqat dünya çempionu, "Ferrari"nin britaniyalı pilotu Lüis Hemiltonu (70 milyon dollar) geridə qoyub. Ən yüksək maaş alan pilotların ilk üçlüyünə Ferstappenin komanda yoldaşı, monakolu Şarl Lekler də daxildir. Onun baza maaşı 30 milyon dollardır.
Maks Ferstappen "Red Bull"un heyətində debütünü 2016-cı ildə edib. Bu müddət ərzində o, dörd dəfə - 2021-2024-cü illərdə dünya çempionu olub. Bundan əlavə, pilot bir mövsümdə ən çox qələbə (19) və ardıcıl ən çox Qran-pri qələbəsi (10) üzrə "Formula-1" rekordçusudur.
Niderlandlı pilot cari mövsümdə 12 mərhələdən sonra 155 xalla fərdi sıralamada altıncı yerdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 25 Avqust 2026 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















