Icma.az
close
up
RU
FETÖ nün dönər şəbəkəsinə genişmiqyaslı əməliyyat: 353 nəfər saxlanıldı, Bakı filialları da gündəmdə!

FETÖ nün dönər şəbəkəsinə genişmiqyaslı əməliyyat: 353 nəfər saxlanıldı, Bakı filialları da gündəmdə!

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Antalya mərkəzli "Maydanoz Döner" restoranlar şəbəkəsinə qarşı Türkiyə üzrə genişmiqyaslı əməliyyat keçirilib. Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, 31 vilayətdə eyni vaxtda təşkil olunan əməliyyat nəticəsində 10-u dövlət qulluqçusu olmaqla 353 nəfər saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, "Maydanoz Döner" şəbəkəsi franchise (ad hüququ) modeli ilə fəaliyyət göstərsə də, bu sistemdən FETÖ-yə bağlı şəxsləri maliyyələşdirmək üçün istifadə olunub. Şirkət, terror təşkilatı ilə əlaqəsi davam edən şəxslərə müəyyən məbləğ qarşılığında qeyri-rəsmi şəriklik təklif edib.

Təhqiqat zamanı müəyyən edilib ki, şəbəkəyə daxil olmaq üçün “təşkilat referansı” tələb olunub və bu sistemə Referans Temelli Büyüme (RTB) adı verilib. Qeyri-rəsmi sənədləşmə aparılmadan, tamamilə təşkilati etimada əsaslanan bir model tətbiq edilib.

acec0575-51d3-4f94-9fe9-c62a18e0631a.jpg (115 KB)

Şirkətin FETÖ ilə əlaqəli şəxslərə iş imkanları yaratdığı və beləliklə təşkilata pul axını təmin etdiyi müəyyən edilib. Eyni zamanda, dönər restoranlarının himmət toplamaq üçün istifadə olunduğu və əldə edilən vəsaitlərin müxtəlif yollarla FETÖ-yə çatdırıldığı aşkarlanıb.

Saxlanılan şəxslərin ifadələrinə əsasən, restoranlar şəbəkəsinin gizli şəriklərinin səhmləri sataraq qazandıqları pulları izlənməməsi üçün əmanət üsulu ilə, yəni qızıl mağazaları və digər ticarət obyektləri vasitəsilə ötürdükləri təsdiqlənib.

Şirkətin yeni filiallar açaraq qlobal miqyasda genişləndiyi və bununla da beynəlxalq pul köçürmələrini asanlaşdırdığı müəyyən edilib.

MASAK-ın apardığı araşdırmalara görə, restoranlar şəbəkəsi həm Türkiyədə, həm də xaricdə FETÖ ilə əlaqəsi bilinməyən şəxslər vasitəsilə maliyyələşdirilib. Bu pullar isə “məhsul alınması” adı altında rəsmiləşdirilərək təşkilat üzvlərinə çatdırılıb.

FETÖ üzvləri üçün gizli görüş yerləri təşkil olunub

Bəzi Maydanoz Döner filiallarında FETÖ-çülərin gizli görüşlər keçirdiyi, təşkilatın qaçqın vəziyyətdə olan üzvlərinin burada toplaşdığı müəyyən edilib. Eyni zamanda, təşkilat tərəfindən bağlılığı artırmaq məqsədilə “qazandıqları pulları təşkilata bağlı şəxslər arasında bölüşdürmək” tapşırığının verildiyi üzə çıxıb.

Restoran şəbəkəsindən ayrılmaq istəyən şəxslərə isə “bu işin mənəvi tərəfinin olduğu, şirkətin təşkilatı dəstəkləmək üçün qurulduğu və təşkilata bağlı şəxslərə pul ötürmək, təşkilata sədaqəti artırmaq kimi vəzifələri yerinə yetirməli olduqları” barədə təzyiq göstərildiyi müəyyən edilib.

 "Maydanoz Döner" şəbəkəsi Bakıya da ayaq açıb

Bu əməliyyatın ən diqqətçəkən məqamlarından biri də "Maydanoz Döner" restoranlarının artıq Bakı şəhərində də fəaliyyət göstərdiyinin ortaya çıxmasıdır. Musavat.com bu şəbəkəyə aid dönərçilərdən birinin Həsən Əliyev küçəsi 335, digərinin isə Zahid Xəlilov 23 (Elmlər Akademiyası) ünvanında olduğunu təsbit edib.

Beləliklə, FETÖ-yə bağlı döner şəbəkəsi Azərbaycanın paytaxtına da ayaq açıb.

Bakıda Həsən Əliyev küçəsində yerləşən "Maydanoz Döner" restoranının fotosu

Hazırda Bakıda fəaliyyət göstərən "Maydanoz Döner" restoranlarının bu əməliyyata daxil olub-olunmayacağı bilinmir. Lakin istintaqın genişləndiriləcəyi və Azərbaycanın hüquq-mühafizə orqanlarının da bu məsələyə müdaxilə edə biləcəyi ehtimal edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://pravda.az
archiveBu xəbər 22 Fevral 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see133

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see130

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see130

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see127

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see124

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see122

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see117

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see117

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see115

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see114

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see113

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see113

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see113

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see113

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see113

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see112

Azərbaycan özündən 4 dəfə balaca Antalyadan geridə qalır: Niyə? İqtisadçı

01 İyun 2025 08:02see112

Rusiya və Ukraynanı bir araya gətirmək üçün... Ərdoğan

31 May 2025 22:59see112

Ağ Ev: ABŞ İrana nüvə proqramı ilə bağlı “məqbul təklif” təqdim edib

01 İyun 2025 07:07see112

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri