Fevral ayında zəhərlənənlərin sayı açıqlandı
Icma.az, Metbuat portalına istinadən məlumat verir.
Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 91 nəfər qəbul edilib.
Metbuat.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 36 nəfər dərmandan, 22 nəfər sirkə turşusundan, 9-u spirtli içkidən, 3-ü botulizmdən zəhərlənən şəxslərdir.
Həmçinin onlardan 11 nəfər dəm qazından, 4 nəfər fosfor üzvi birləşmələrdən, 4 nəfər allergik reaksiyadan, 2 nəfər yandırıcı məhluldan zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5 nəfər (4 kişi cinsli, 1 qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.

Bayram günlərində zəhərlənənlərin sayı açıqlandı
01 Aprel 2025 14:04
Fevral ayında bürcləri NƏLƏR GÖZLƏYİR?
01 Fevral 2025 08:44
Yanvar ayı ərzində zəhərlənənlərin sayı açıqlandı
05 Fevral 2025 10:02
Fevral ayında neçə gün iş olmayacaq?
24 Yanvar 2025 17:45
Fevral ayında maqnit qasırğası olacaq TARİXLƏR
01 Fevral 2025 13:27

