Fevralın 28 dən indiyədək İrandan 1105 nəfər təxliyə olunub
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Fevralın 28-dən bu gün saat 10-dək “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə 1105 nəfər təxliyə olunub. Təxliyə olunanlar arasında Rusiya, Çin, Slovakiya, Pakistan, Türkiyə, Tacikistan, Özbəkistan, Cənubi Afrika, Gürcüstan və digər ölkələrin vətəndaşları var.
Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Qeydiyyat prosedurlarından onlar sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.(azərtac)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 04 Mart 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















