Icma.az
close
up
RU
Fəxr edirəm ki, bu cür oyunçularım var Valdas Dambrauskas

Fəxr edirəm ki, bu cür oyunçularım var Valdas Dambrauskas

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Azərbaycan Kubokunun final görüşü keçirilib. Həlledici görüşdə "Sabah" və "Zirə" komandaları qarşılaşıb. Matç Masazır təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb:

"Oyunçularımı təbrik edirəm. Onlara bugünkü oyuna görə yox, mövsüm ərzində keçirdikləri oyunlara görə təbrik edirəm. Onlar qəhrəmandırlar. Bu mövsüm biz mükəmmələ yaxın mövsüm keçirdik. İki titulu da əldə etdik, 33 oyunda məğlubedilməzlik seriyamız var idi. Liqada dominant oyun göstərdik. Liqanın bitməsinə bir ay qalmış çempion olduq. Hamısı oyunçuların əməyidir. Onlar meydanda can qoyurlar. Mövsüm boyu necə ac olduqlarını, necə can yandırdıqlarını göstərdilər. Onlar bütün qalibiyyətlərə layiq idilər. 

Məşqçi heyətimə, həkimlərə, bizim meydançalara qulluq edənlərə, xadimələrə, mövsüm ərzində çalışan hər kəsə təşəkkür edirəm. Xüsusilə də klub rəhbərliyinə minnətdaram. Hər zaman yanımızda idilər. Ramin Həsənova xüsusi təşəkkür edirəm, həmişə yanımızda oldu, bizə dəstək oldu. Çalışdığım 10-cu klubdur. Bu cür gözəl klubda necə xüsusi insanlar işləyir, möhtəşəm atmosfer var, inanılmaz klubdur. "Zirə"ni təbrik edirəm. Çox yaxşı komandadır. Bu gün baş məşqçi işi görünən komandadır. Hesabı açsalar da, öz qapılarına doğru çəkilib müdafiə olundular. Matçdan həzz aldım. Qalib tərəf də biz olduq. Sizlərə də təşəkkür edirəm, hər zaman mətbuat konfranslarına gəlirsiz. Əziyyət çəkirsiz, Azərbaycan futbolu haqda məlumatlar çatdırırsız".

- Özünüz seçsəydiniz, hansı qolu daha çox qiymətləndirərdiz? Hansı qolunuz daha gözəl idi?

- Çox yaxşı sualdır. Təşəkkür edirəm. Yaxşı oyun göstərmək oyunçularımın vəzifəsidir. Çalışıram ki, Hərmişə yaxşı oynayaq, azarkeşlər üçün hücumameyilli oyun göstərək. Azarkeşlərimiz futbolumuzdan həzz alsın. Hansı rəqibə qarşı oynayırıq, fərqi yoxdur. Seçim etsəm, hər iki qol çox önəmlidir. Biri olmasaydı, qələbə qazanmayacaqdıq. Hər ikisi fantastik qol idi. Bu qələbələrin arxasında komanda işi var. Məsələn, Mikels mövsüm boyu möhtəşəm oynadı, o olmayanda Kahim Parris, Xəyal Əliyev var idi, onu çox yaxşı əvəzlədi, çox önəmli qollar vurdular. Futbolçularım həqiqətən qəhrəmandırlar. Yer üzərində ən xoşbəxtəm, fəxr edirəm ki, bu cür oyunçularım var.

- Karyeranızda 5 müxtəlif ölkədə titul qazanmısınız. Yerlərə bölsəniz, "Sabah"ı neçənci pilləyə yerləşdirərdiniz?

- Müqayisə etmək istəməzdim. Çünki hər bir klub mənim üçün əziz olub. Çempion olmaq, titullar qazanmaq hər kəs istəyir. Ola bilər ki, bu sənin son titulun olsun, bunu Allah bilir. "Hayduk"la qazandığım kubok çox həyəcanverici idi. Azərbaycanda da çempion oldum, özəl duyğulardır. Mövsüm ərzində iki titul qazanmaq duyğuları daha da özəlləşdirir. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. İnanıram ki, gələcəkdə onları daha da xoşbəxt edəcəyik, daha da gözəl duyğular verəcəyik.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sportal.az
archiveBu xəbər 13 May 2026 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri