Icma.az
close
up
RU
“Feyk xəbərlərə qarşı Türkiyə rəsmi qurumları hərəkətə keçməlidir” AQİL CAMAL

“Feyk xəbərlərə qarşı Türkiyə rəsmi qurumları hərəkətə keçməlidir” AQİL CAMAL

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son vaxtlar bəzi Türkiyə media orqanları və sosial şəbəkələrdə Azərbaycana qarşı həyata keçirilən məqsədyönlü dezinformasiya kampaniyası narahatlıq doğurur.

Təəssüf ki, qardaş ölkənin informasiya məkanında Azərbaycanın “Fələstinin düşməni” kimi təqdim edilməsi, xüsusən də Baş nazir Netanyahu ilə bağlı tirajlanan son yalan xəbərlər bunun bariz nümunəsidir.

Azərbaycan mediası indiyədək Türkiyə ilə bağlı xəbər və məqalələrində hər zaman son dərəcə həssaslıq nümayiş etdirib.

Gununsesi.info-ya danışan “Türküstan” Media Qrupunun rəhbəri jurnalist Aqil Camal mövzunu belə şərh edib:

“Azərbaycana qarşı, xüsusilə Qərb mediasında zaman-zaman qarayaxma və təxribat xarakterli yazılar yayımlanıb. Eyni zamanda, müxtəlif dövrlərdə və ya intensiv şəkildə Rusiya və İran mətbuatında Azərbaycan dövlətinə və onun bölgə siyasətinə qarşı silsilə yazılar və proqramlar hazırlanıb. Son dövrlərdə isə qardaş Türkiyənin bir sıra media resurslarında Azərbaycanın bölgə və dünya siyasəti ilə bağlı əsası olmayan, iftira dolu materiallar yayımlanmaqdadır.

Düzdür, Türkiyə mediası təkcədən bir rəngli deyil və bütövlükdə bir mərkəzdən idarə olunan, vahid orqanizm kimi fəaliyyət göstərən məkan deyil. Burada həm ideoloji, həm siyasi, həm də xarici maraqlara xidmət edən, bir-birinə zidd qüvvələrin təsirində olan media resursları fəaliyyət göstərir. Bunlar həm yazılı media, həm televiziyalar, həm də xüsusən son illərdə populyarlıq qazanan internet televiziyalarını əhatə edir. Son günlər isə Türkiyə mediasında, sosial şəbəkələrdə və müxtəlif seqmentlərdə Azərbaycana dair yayılan materiallar ölkədə müəyyən narazılıqlara səbəb olub.

Çünki artıq Türkiyə mediasında Azərbaycana qarşı səsləndirilən əsasız iddialar sistemli və sanki məqsədyönlü şəkildə təşkil olunmuş xarakter alıb”.

Jurnalist vurğulayıb ki, oxşar tezislərin və eyni mövzuların təkrarlanması əsaslı şəkildə göstərir ki, müəyyən mərkəzlər Türkiyə ictimai rəyində Azərbaycana qarşı mənfi fikir formalaşdırmaqda maraqlıdır.

“Bu proses isə elə bir vaxtda baş verir ki, hal-hazırda Azərbaycan-Türkiyə arasında, eləcə də Türk dövlətləri arasında inteqrasiya və əməkdaşlıq 30 illik bir mərhələnin ən yüksək səviyyəsindədir. Belə bir vaxtda, Azərbaycanda demək olar ki, iş məkanlarında, küçələrdə və məhəllələrdə Azərbaycan və Türkiyə bayraqlarının yanaşı asıldığı, Türkiyəyə xüsusi sevgi və hörmətin ifadə olunduğu bir ölkədə, qardaş Türkiyənin mediasında bu cür çıxışların olması həm təəccüb, həm də təəssüf doğurur. Düşünürəm ki, bunlar rəsmi qurumlar tərəfindən nəzarət altına alınıb. Amma söhbət əsasən feyk xəbərlərdən gedir”-deyə o əlavə edib.

Aqil Camal hesab edir ki, feyk xəbərlərə qarşı Türkiyənin müvafiq rəsmi qurumları hərəkətə keçməli, iftira istehsalı ilə məşğul olan subyektlər ya qanun çərçivəsində cəzalandırılmalı, ya da müvafiq tədbirlər görülməlidir.

“Çünki bu prosesin genişlənməsi Azərbaycana qarşı müsbət nəticə vəd etmir və mümkündür ki, qarşıdakı dövrdə Azərbaycanda da hansısa qüvvələr bunu fürsət bilərək, eyni üsullarla Türkiyəyə, Türkiyə dövlətinə və xalqına qarşı fəaliyyət göstərə bilərlər ki, bu, bizim üçün arzuolunmaz bir vəziyyət yaratmış olar”-deyə o fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Oktyabr 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see240

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see155

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see153

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri