Icma.az
close
up
RU
Fəzail Ağamalı: Cəmiyyət bu kimi provokasiyaları rədd etməlidir

Fəzail Ağamalı: Cəmiyyət bu kimi provokasiyaları rədd etməlidir

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“Cəmiyyət bu cür təxribatçı aksiyaları birmənalı şəkildə pisləməli və rədd etməlidir. 35 il ərzində Azərbaycanın müstəqillik yolunda atdığı addımlar, verdiyi saysız şəhidlər, qazandığı təcrübə və Rusiya tərəfindən zaman-zaman nümayiş etdirilən kolonialist yanaşma yəni Azərbaycanı hələ də öz təsir dairəsində saxlamaq istəyi xalqımız tərəfindən birmənalı şəkildə rədd olunur”.
Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Fəzail Ağamalı deyib. 
O bildirib ki, SSRİ bayraqları ilə yürüş təşkil etmək cəhdləri əslində Rusiyanın bu gün də regionda öz maraqlarını qorumaq üçün yaratdığı agentura şəbəkəsinin fəaliyyətidir:
“Bu, təkcə “5-ci kolon” deyil, həm də təhlükəli və Azərbaycana qarşı yönəlmiş təşkilatlanmış təxribatçı fəaliyyətin nümunəsidir. Sevindirici haldır ki, Azərbaycan dövləti artıq bu cür hallara qarşı prinsipial və qətiyyətli mövqe nümayiş etdirir. Dövlət Təhlükəsizliyi Xidmətinin bu cür təxribatları ifşa etməsi və cəmiyyətə çatdırması yüksək qiymətləndirilməlidir. Bu, onu göstərir ki, Azərbaycan dövlətinin təhlükəsizlik strukturları yüksək hazırlıq səviyyəsindədir və belə təhlükələrə qarşı çevik və adekvat reaksiya verə bilirlər. Bu kimi təxribatların gələcəkdə də baş verə biləcəyini istisna etmirik. Nə Rusiyanın, nə İranın, nə də bəzi digər ölkələrin Azərbaycana qarşı düşmən mövqeyi birdəfəlik dayanmayacaq. Ona görə də biz ideoloji, informasiya və siyasi mübarizəni davam etdirməliyik. Xüsusilə bütün siyasi partiyalar, blogerlər, sosial media fəalları və ictimaiyyət nümayəndələri üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. Hər birimiz Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş istənilən təxribatın qarşısında durmalı və birgə mövqe nümayiş etdirməliyik. Dövlətin yanında olmaq, milli maraqların müdafiəsinə töhfə vermək hər bir vətəndaşın borcudur”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Noyabr 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri