Icma.az
close
up
RU
FHN Bakıda “Mehmanxanaların yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirib FOTO

FHN Bakıda “Mehmanxanaların yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirib FOTO

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Bakıdakı “Grand Hotel Europe”də “Mehmanxanaların yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib.

APA xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin müvafiq canlı qüvvə və texnikalarının cəlb edildiyi təlimin keçirilməsində məqsəd otelin işçi heyətinə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması olub.

Əvvəlcə, hotel kollektivinə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi, otellərdə baş verə bilən yanğınlar zamanı davranış qaydaları və təxliyə barədə məlumat verilib və videoçarxlar nümayiş etdirilib.

Təlimin növbəti hissəsində şərti yanğın zamanı “Həyəcan” siqnalı verilib. FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıb. Şərti yanğın baş vermiş mehmanxanada təxliyə planına uyğun olaraq, xilasedicilər tərəfindən zərərçəkmişlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev bildirib ki, müvafiq əsasnamələrə, rəhbər sənədlərə uyğun olaraq, ölkə ərazisində maarifləndirmə tədbirləri həyata keçirilir:

“Hazırkı təlimə nazirliyin canlı qüvvəsi, texnikaları cəlb olunmaqla ümumi yanğın təhlükəsinə dair tələblər, yanğınsöndürmə əməliyyat şəraiti qiymətləndirilir. Təlimin keçirilməsinin məqsədi isə işçi heyətinin, personalın yanğın zamanı davranış qaydalarına, o cümlədən binanın yanğın təhlükəsi qaydalarının tələblərinə uyğun saxlanılması kimi təhlükəsizlik məsələlərində əhəmiyyət daşıyan vərdişləri aşılamaqdan ibarətdir. Keçirilən təlimdə baş verən yanğın hadisəsi zamanı şərti xəsarət almış şəxslərin hadisə yerindən təxliyə olunması, o cümlədən personal tərəfindən binada qeydiyyatdan keçmiş qonaqların toplama məntəqələrinə yönəldilməklə, onların təxliyəsinin düzgün təşkil olunması kimi məsələlərə xüsusi yer verilib”.

Qeyd edilib ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 Fevral 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see273

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see198

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see177

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see173

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see143

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see141

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see139

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri