Icma.az
close
up
RU
FHN çimərlik mövsümünə hazırlıqla bağlı media tur təşkil edib FOTO

FHN çimərlik mövsümünə hazırlıqla bağlı media tur təşkil edib FOTO

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Çimərlik mövsümünə hazırlıq

Fövqəladə Hallar Nazirliyi tərəfindən çimərlik mövsümünə hazırlıqla bağlı media-tur təşkil olunub.

APA xəbər verir ki, tədbir zamanı media nümayəndələri Xəzər dənizinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinin ərazisinə düşən sahilində yerləşən çimərlikdə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirləri ilə tanış olublar.

Sularda təhlükəsizlik tədbirləri ilə bağlı media mənsublarına FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlili məlumat verib.

Çimərlik mövsümünə hazırlıqla əlaqədar təhlükəsizlik tədbirləri

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar aidiyyəti üzrə təhlükəsizlik tədbirləri görülür: "Cari ilin may ayından etibarən Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən yerli icra oranlarının nümayəndələrinin iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər keçirilib. Monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız və nəzarətsiz çimərlik ərazilərinin müəyyən edilməsi və çimərlik operatorlarına təhlükəsizlik qaydaları barədə bildirişlərin təqdim edilməsi olub.

İctimai çimərliklərdə sualtı müayinələr, sualtı təmizləmə işləri

Bunula yanaşı, Xidmətin nəzarət etdiyi çimərliklərdə və İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsi ilə sualtı müayinələr, sualtı təmizləmə işləri aparılır, dənizdə üzmə sərhədlərini müəyyən edən nişanların və çimərlikdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün maarifləndirici lövhələr quraşdırılır, Xidmətin balansında olan xilasetmə texnika və vasitələr, o cümlədən dalğıc-axtarış əməliyyatlarında istifadəsi nəzərdə tutulmuş avadanlıqlar işlək vəziyyətə gətirilir.

Təhülksəzilik tədbirləri iyunun 15-dək yekunlaşacaq

Bütün təhülksəzilik tədbirləri iyun ayının15-dək yekunlaşacaq və iyun ayının 15-dən etibarən Xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Hazırda FHN tərəfindən çimərliklərdə təhlükəsizlik tədbirləri davam etdirilir".

Xidmətin şöbə rəisi media vasitəsilə vətəndaşlara müraciət edərək bilidirib ki, çimərlik seçimində diqqətli olsunlar: "Əgər hər hansı bir çimərlikdə xilasedicilər yoxdursa, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyindən və belə yerlərdən istifadənin təhlükəli olduğundan xəbər verir. Həmçinin, diqqətə çatdırılıb ki, xüsusən bölgələrimizdə uşaq və yeniyetmələrin valideyn nəzarətindən yayınaraq çimərlik üçün nəzərdə tutulmayan suvarma kanallarından, suni göllərdən, çaylardan, su arxlarından istifadəsi hallarına rast gəlinir ki, bu da sonda acı nəticələrə səbəb olur.

Qeyd edirik ki, bu tip su hövzələrinin mürəkkəb relyefə, surətli axına, məhdud görüntüyə və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən istifadə edənlərin həyat və sağlamlığı üçün ciddi təhlükədir. Odur ki, diqqətli olmalı, uşaq və yeniyetmələri belə su hövzələrinin istifadəsindən çəkindirmək lazımdır. Çimərliklərdə diqqət yetirməli olduğumuz məqamlardan biri də hava şəraitidir. Bildiririk ki, küləyin sürəti saniyədə 10 m-dən artıq olduqda və hava qaraldıqdan sonra suya girmək təhlükəlidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 İyun 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see356

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see140

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri