Icma.az
close
up
RU
FHN gəmilərə texniki nəzarət tədbirləri ilə bağlı media tur təşkil edib FOTO

FHN gəmilərə texniki nəzarət tədbirləri ilə bağlı media tur təşkil edib FOTO

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyi tərəfindən kiçikhəcmli gəmilərə texniki nəzarət tədbirləri ilə bağlı media-tur təşkil edilib.

APA xəbər verir ki, tədbir zamanı media nümayəndələri Xəzər dənizinin Abşeron rayonu, Novxanı qəsəbəsindəki sahilində FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən keçirilən kiçikhəcmli gəmilərə texniki baxış prosesi ilə tanış olub.

Texniki baxışla bağlı media nümayəndələrinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili məlumat verib.

Bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən illik texniki baxış cədvəlinə uyğun olaraq kiçikhəcmli gəmilərə texniki baxış keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd kiçikhəcmli gəmilərin üzmə vəziyyətinin qiymətləndirilməsidir. Baxış zamanı gəmilərin gövdəsi, mühərriklərin işləmə prinsipi, sükan qurğusu, manevr elementləri, həmçinin yangından mühafizə və xilasetmə avadanlıqları yoxlanılır. Həmin su nəqliyyatı vasitələrini qeyd olunmuş tələblərə uyğun texniki baxışa təqdim etmiş kiçikhəcmli gəmi isifadəçilərinə üzməyə yararlılıq barədə texniki talon təqdim edilir.

Cari il ərzində indiyə qədər Xidmətə texniki baxışın keçirilməsi üçün 797 kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən müraciət daxil olub. Texniki baxış nəticəsində norma və tələblərə cavab verən 768 su nəqliyyat vasitəsinin (qayığın) sahibinə üzməyə icazə verən texniki talon təqdim olunub. Tələblərə cavab verməyən 29 qayığın isə istismarına qadağa qoyularaq istismara yararsızlıq barədə akt tərtib edilib.

Hazırda FHN tərəfindən kiçikhəcmli gəmilərin texniki vəziyyətinin qiymətləndirilməsi davam etdirilir.

Xidmətin şöbə rəisi media vasitəsilə kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək diqqətə çatdırıb ki, dövlət qeydiyyatına alınmadan, texniki baxışdan keçmədən və xüsusən mühərrikli kiçikhəcmli gəmiləri idarə etmək hüququ üçün sürücülük vəsiqəsi olmadan həmin nəqliyyat vasitələrinin istismarı qanunvericiliklə qadağandır. Bu hal inzibati məsuliyyət yaradır. Əgər bu kimi hallar aşkar olunarsa, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən sözügedən gəmi istifadəçiləri barəsində inzibati protokollar tərtib edilir.

Texniki baxış yekunlaşdıqdan sonra sözügedən nəqliyyat vasitələrinin sürücüləri Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları, sözügedən gəmilərin təchizat avadanlıqlarının norma və tələbləri ilə bağlı bir daha maarifləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Aprel 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri