FHN də BMT forumu ilə bağlı iclas keçirildi
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək 13-cü Sessiyasına (WUF13) aidiyyəti üzrə hazırlıqla əlaqədar toplantı keçirilib.
Bu barədə Axar.az-a FHN-dən məlumat verilib.
"Mehmanxanalarda yanğın təhlükəsizliyinin təmin edilməsi" mövzusunda keçirilmiş toplantıda FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun məsul vəzifəli şəxsləri, mehmanxanaların nümayəndələri iştirak ediblər.
Tədbirdə mehmanxanalarda yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi, lift və digər qaldırıcı qurğuların saz vəziyyətdə saxlanılmasının zəruriliyi vurğulanıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 15 Fevral 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















