Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

FHNin 19cu ildönümü ilə bağlı təntənəli iclas Video

FHNin 19cu ildönümü ilə bağlı təntənəli iclas Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Bu gün Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 19-cu ildönümü və işçilərinin peşə bayramı münasibətilə Nazirliyin inzibati binasında təntənəli iclas keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov sona çatmaqda olan 2024-cü ilin ölkəmizin bütün sahələrdə daha da inkişafı, yeni-yeni və tarixi nailiyyətlərin əldə edilməsi ilə əlamətdar olduğunu vurğulayıb. O, müstəqillik tariximizdə ərazi bütövlüyü və suverenliyi tam bərpa olmuş Azərbaycanda keçirilən ilk prezident seçkilərində xalqımızın yekdilliklə ən layiqli namizədinə - 30 il işğal altında olan əzəli torpaqlarımızı azad edərək böyük zəfərə imza atan, erməni separatizminə son qoyan İlham Əliyevə səs verdiyini xatırladıb. Həmçinin Ulu Öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısının Azərbaycana hələ çox zəfərlər, qələbələr qazandıracağına əminliyini ifadə edib.

Nazir COP29-un Bakıda keçirilməsinin əlamətdar tarixi hadisə olduğunu qeyd edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qlobal tədbirə uğurla ev sahibliyi etdiyini və konfransın tarixi nailiyyətlərlə yadda qaldığını xatırladıb.

K.Heydərov FHN-in cari ildə də ölkə başçısının tapşırıqlarına və fəaliyyət istiqamətlərinə uyğun olaraq üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gəldiyini bildirib. Bu çərçivədə, Nazirlik tərəfindən COP29-la əlaqədar aidiyyəti təhlükəsizlik məsələlərinin yüksək səviyyədə təmin edildiyini bildirib. Qeyd edib ki, ilk gündən Nazirliyin bütün qüvvələri səfərbər olunaraq obyektlərin, o cümlədən tədbir keçirilən məkanların, hotellərin, iaşə obyektlərinin, insanların kütləvi toplaşdığı yerlərin, istirahət və ticarət mərkəzlərinin, infrastruktur və strateji obyektlərin, habelə bu obyektlərin ətrafında yerləşən bina və tikililərin yanğın, texniki, tikinti və radiasiya təhlükəsizliyi sahələri üzrə müayinə və monitorinqləri keçirilərək, müvafiq tədbirlərin görülməsi təmin edilib.

Prezident İlham Əliyevin şəxsi nəzarəti və diqqəti altında işğaldan azad olunmuş ərazilərimizdə çoxsaylı yaşayış məntəqələrinin yenidən qurulduğunu, “ağıllı kəndlər və şəhərlər”in salındığını xatırladan nazir, 2024-cü ildə də bu sahədə dövlətimiz tərəfindən böyük işlərin görüldüyünü vurğulayıb. Həmçinin, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən Qarabağ və Şərqi Zəngəzurda xalqımızın tarixi, dini, mədəni irsinin müvəffəqiyyətlə bərpa olunduğunu bildirib.

Nazir deyib ki, FHN işğaldan azad olunmuş torpaqlarımızda əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi sahəsində aidiyyəti üzrə müvafiq tədbirləri davam etdirir. Qeyd olunub ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı xüsusi təyinatlı hərbi hissəsi tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işləri fasiləsiz həyata keçirilir, həmçinin yanğın təhlükəsizliyi daim nəzarətdə saxlanılıb, baş verən yanğınların operativ söndürülməsi təmin edilib, aparılan yenidənqurma layihələri ilə əlaqədar müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Çıxışına davam edən nazir K.Heydərov bu il də ölkə ərazisində yanğın təhlükəsizliyi sahəsində əməliyyat şəraitinin diqqət mərkəzində saxlanıldığını, yanğın hadisələrinin qarşısının çevik alınaraq yayılıb ağır fəsadlarla nəticələnməsinə imkan verilmədiyini bildirib. Qeyd edib ki, 2024-cü ildə respublika üzrə il ərzində 13545, o cümlədən Bakıda 4472, işğaldan azad olunmuş ərazilərdə 357 yanğın hadisəsi qeydə alınıb ki, bu da orta hesabla hər gün 41 yanğına çıxış deməkdir. Yanğınlardan 16 yanğın yüksəksaylı çağırışla söndürülüb. Ümumilikdə, yanğınların söndürülməsi zamanı 79 dövlət və 425 özəl obyekt, 348 çoxmənzilli bina, 519 fərdi ev, 497 yardımçı tikili, 300 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub, 78 nəfərin həyatı real təhlükədən xilas edilib. Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 1041 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

K.Heydərov qeyd edib ki, xüsusi riskli xilasetmə qrupları 976 müxtəlif xarakterli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı 1095 nəfər zərərçəkmişi xilas edib, həmçinin 101 nəfərin cəsədi deformasiyaya uğramış nəqliyyat vasitələrindən, bağlı qapı arxasından və dağıntılar altından çıxarılıb. Bununla bərabər, yanğınsöndürən-xilasedicilər tərəfindən 140 nəqliyyat və digər qəzalar zamanı 294 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılaraq ərazi üzrə tibb məntəqələrinə çatdırılıb, həlak olmuş 54 nəfərin cəsədi avtomobillərdən çıxarılıb.

2024-cü il ərzində dalğıc-xilasedicilər tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 71 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 90 nəfər olmaqla, cəmi 161 nəfər xilas edilib, nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə suda batmış 52 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin nazirliyin aidiyyəti qurumlarının 662 nəfər şəxsi heyəti, habelə 117 ədəd nəqliyyat vasitəsi, 3 qayıq, 85 motopompa cəlb olunmaqla oktyabr ayında intensiv yağışlarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib, ümumilikdə 542 nəfər təhlükəsiz əraziyə təxliyə edilib, 2 nəfərin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Nazir onu da bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, bu il Türkiyədəki güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatlarında fəal iştirak edib, müxtəlif bölgələrdə uçuşlar həyata keçirərək yanğın ocaqlarına ümumilikdə 400 tona yaxın su töküb və qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirib.

Qeyd edilib ki, cari il ərzində müxtəlif məsələlərlə, o cümlədən yanğın, partlayış, avtoqəza, tikintidə, sənayedə və dağ-mədən işlərində təhlükəsizlik qaydalarının pozulması və digər məsələlərlə bağlı “112” qaynar telefon xəttinə ümumilikdə 2,1 milyona yaxın və ya orta hesabla hər gün 6 minə yaxın zəng daxil olub.

Yanğın nəzarəti məqsədilə sosial, sənaye, nəqliyyat, rabitə, kənd təsərrüfatı obyektlərində, xidmət sahələrində və digər təyinatlı 70 mindən artıq obyektdə yanğın-tехniki müayinələr aparılıb, aşkar еdilmiş çatışmazlıqların aradan qaldırılması üçün оbyеkt rəhbərlərinə və sahiblərinə 407 minə yaxın tələbi özündə əks etdirən tələbnamə məktubları vеrilib.

Bundan əlavə, təyinatından asılı olmayaraq fiziki və hüquqi şəxslər tərəfindən tikinti işləri aparılan 2890 obyektdə tikintiyə dövlət nəzarəti aparılıb. Sənayedə və dağ-mədən işlərində təhlükəsizliyə nəzarət məqsədilə 2964 müəssisədə 37 mindən artıq təhlükə potensiallı qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib, həmçinin 4800 nəfər fəhlə və mühəndis-texniki işçinin texniki təhlükəsizlik qaydaları üzrə bilikləri yoxlanılıb. Əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsi və ionlaşdırıcı şüalanma mənbələrinin fiziki mühafizəsinin təşkilinin yoxlanılması məqsədilə tibb, sənaye və elmi-tədqiqat müəssisələrində 256 nəzarət-yoxlama tədbiri, eyni zamanda radioaktiv mənbələrin idxal-ixrac əməliyyatları zamanı 95 radioaktiv mənbənin eyniləşdirilməsi və dozimetrik nəzarəti həyata keçirilib. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, fiziki və hüquqi şəxslərə məxsus 93 kiçikhəcmli gəmi ilkin dövlət qeydiyyatına alınıb, gəmi sahiblərinin müraciətinə əsasən 1977 kiçikhəcmli gəmiyə texniki baxış keçirilib.

Daha sonra Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilmiş FHN-in əməkdaşlarına təltiflər təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Dekabr 2024 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri