Icma.az
close
up
RU
FHNnin yaradılmasının 19cu ildönümü

FHNnin yaradılmasının 19cu ildönümü

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 19-cu ildönümü və işçilərinin peşə bayramı münasibətilə nazirliyin inzibati binasında təntənəli iclas keçirilib.

Əvvəlcə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nazirliyin kollektivi Fəxri xiyabana gələrək Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər çiçəklər düzülüb. Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri qoyulub.

Fövqəladə Hallar Nazirliyinin inzibati binasında keçirilən iclas Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

İclasda çıxış edən nazir Kəmaləddin Heydərov sona çatmaqda olan 2024-cü ilin ölkəmizin bütün sahələrdə daha da inkişafı, yeni-yeni və tarixi nailiyyətlərin əldə edilməsi ilə əlamətdar olduğunu vurğulayıb. O, müstəqillik tariximizdə ərazi bütövlüyü və suverenliyi tam bərpa olmuş Azərbaycanda keçirilən ilk Prezident seçkilərində xalqımızın yekdilliklə ən layiqli namizədinə - ölkəmizi hərtərəfli və davamlı inkişaf yolunda inamla idarə edən, 30 il işğal altında olan əzəli torpaqlarımızı azad edərək böyük Zəfərə imza atan, erməni separatizminə son qoyan İlham Əliyevə səs verdiyini xatırladaraq, Ulu öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısının Azərbaycana hələ çox zəfərlər, qələbələr qazandıracağına əminliyini ifadə edib.

Nazir Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Bakıda keçirilməsinin əlamətdar tarixi hadisə olduğunu qeyd edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qlobal tədbirə uğurla ev sahibliyi etdiyini və konfransın tarixi nailiyyətlərlə yadda qaldığını xatırladıb.

Prezident İlham Əliyevin şəxsi nəzarəti və diqqəti altında işğaldan azad olunmuş ərazilərimizdə çoxsaylı yaşayış məntəqələrinin yenidən qurulduğunu, “ağıllı” kəndlər və şəhərlərin salındığını xatırladan nazir, 2024-cü ildə də bu sahədə dövlətimiz tərəfindən böyük işlərin görüldüyünü vurğulayıb. Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən Qarabağ və Şərqi Zəngəzurda xalqımızın tarixi, dini, mədəni irsinin müvəffəqiyyətlə bərpa olunduğunu bildirib. Nazir deyib ki, Fövqəladə Hallar Nazirliyi işğaldan azad olunmuş torpaqlarımızda əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi sahəsində aidiyyəti üzrə müvafiq tədbirləri davam etdirir. Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı xüsusi təyinatlı hərbi hissəsi tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işləri fasiləsiz həyata keçirilir.

Çıxışının sonunda peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edən nazir Kəmaləddin Heydərov əmin olduğunu bildirib ki, Ulu öndər Heydər Əliyevin ideyalarına söykənən, Prezident İlham Əliyevin hər zaman diqqət və qayğısını hiss edən Fövqəladə Hallar Nazirliyinin kollektivi vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması istiqamətində bundan sonra da var gücü ilə çalışacaq, Ali Baş Komandanın bütün əmr və tapşırıqlarını uğurla yerinə yetirəcək.

Daha sonra Prezidentin müvafiq sərəncamı ilə “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilmiş FHN-in əməkdaşlarına təltiflər təqdim olunub.

Sonda iclas iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Dekabr 2024 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri