Icma.az
close
up
RU
FIBA Avropa Kubokunda ayın ən yaxşısı seçilən basketbolçu: Bu uğur komanda işinin nəticəsidir MÜSAHİBƏ

FIBA Avropa Kubokunda ayın ən yaxşısı seçilən basketbolçu: Bu uğur komanda işinin nəticəsidir MÜSAHİBƏ

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 5 noyabr, AZƏRTAC

FIBA Avropa Kubokunda oktyabr ayının ən yaxşı basketbolçusu seçilən "Neftçi"nin oyunçusu Devonte Qrin AZƏRTAC-a müsahibə verib. O, fərdi uğuru, komandanın hazırkı durumu və qarşıdakı hədəflər barədə danışıb.

- Ay ərzində hər qarşılaşmada orta hesabla 21 xal, 7,7 ribaund və 3 məhsuldar ötürmə ilə ayın oyunçusu seçilmisiniz. Bu barədə təəssüratlarınız necədir?

- Bu, mənim üçün böyük nailiyyətdir. Belə ada layiq görüldüyüm üçün qürur duyuram.

- Bu mükafatı qazanmağınızda hansı amillər həlledici oldu? Komanda oyunu, şəxsi motivasiya, yoxsa məşqçi etimadı?

- Düşünürəm ki, bunların hamısı fərqlənməyimdə mühüm rol oynadı. Təbii ki, bu uğur komanda işinin nəticəsidir. Baş məşqçimiz Vitali Stepanovski mənim bacarığıma inanır və meydanda doğru qərarlar verəcəyimə güvənir. Komanda yoldaşlarım da mənə inandıqları üçün əlavə motivasiya verirlər. Şəxsi olaraq isə məni istənilən qarşılaşmada qələbə ruhu motivasiya edir. Komandamızın qalib gəlməsi üçün əlimdən gələni etməyə çalışıram.

- Birinci qrupda hələ ki, 3 matç keçirmisiniz. Birində məğlub olduğunuz halda, digər ikisində qələbə qazanmısınız. Ay ərzində bu görüşlər arasında hansı sizin üçün ən yadda qalan oldu?

- Polşanın "Kalev" kollektivinə 95:84 hesabı ilə qalib gəldiyimiz matç mənim üçün unudulmaz olaraq qalacaq. Çox maraqlı və gərgin görüş idi. Çünki geridönüş etmək üçün çox mübarizə apardıq, oyunu əlavə vaxta daşıdıq və sonda qələbə qazandıq. İlk oyunda böyük fərqlə məğlub olduğumuzu nəzərə alsaq, bu, həm mənim, həm də komandamızın iradəsini və xarakterini göstərən qələbə oldu.

- Komandanız hazırda 5 xalla ikinci pillədə qərarlaşıb. Bu mövsüm “Neftçi”nin Avropa Kubokundakı çıxışını necə qiymətləndirirsiniz?

- Polşada "Trefl" klubuna 63:92 hesabı ilə uduzduğumuz ilk matçda daha yaxşı performans nümayiş etdirə bilərdik. Həmin oyun bizim üçün xəbərdarlıq və yaxşı dərs oldu. Avropa Kubokunda qalib gəlməyin nə qədər çətin olduğunu anladıq. Amma növbəti iki görüşə bu düşüncə ilə çıxdıq və indi daha yaxşı oynayırıq.

- “Neftçi”nin qarşıdakı oyunlar üçün əsas hədəfi nədir?

- Bu axşam Bakıda "Trefl"lə keçirəcəyimiz IV tur qarşılaşması bizim üçün çox önəmlidir. Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir. Bilirik ki, həmin məqsədə çatmaq üçün hər oyunu yaxşı nəticə göstərməliyik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see258

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see249

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see247

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see219

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see160

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see152

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see150

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see140

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see139

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see136

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see136

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see134

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see134

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri