Icma.az
close
up
RU
Fidan Hacıyevadan 50 illik yubileyinə möhtəşəm sənət töhfəsi

Fidan Hacıyevadan 50 illik yubileyinə möhtəşəm sənət töhfəsi

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Xalq artisti, yarıməsrlik sənətkar ömrünün “Karmen”i, görkəmli opera sənətçisi Fidan Hacıyevanın 50 illik ömrünün və 30 illik sənət fəaliyyətinin yubileyi münasibətilə Azərbaycan opera tarixində ilk dəfə böyükmiqyaslı Opera Festivalına start verilir.

“Yeni Sabah” xəbər verir ki, sentyabrın 7-də başlayacaq və 3 ay davam edəcək bu möhtəşəm festival Xalq artisti, maestro Yalçın Adıgözəlovun rəhbərliyi, Xalq artisti Fidan Hacıyevanın iştirakı və Niyazi adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə baş tutacaq. Bu tarixi sənət hadisəsi tək paytaxtla məhdudlaşmayacaq, ölkəmizin müxtəlif bölgələrini və bir sıra dünya ölkələrini əhatə edəcək. Festival müddətində təqdim olunacaq silsilə konsert proqramları ölkə sərhədlərini aşaraq Azərbaycan opera sənətinin zənginliyini nümayiş etdirəcək və sənətsevərlərin qəlbini fəth edəcək.

Bu möhtəşəm sənət proqramı çərçivəsində həmçinin istedadlı ifaçılara dəstək məqsədilə “Gənclərin səsi – gənclərə dəstək” adlı xüsusi konsert layihəsi də həyata keçiriləcək. Layihə gənc ifaçıların öz istedadlarını nümayiş etdirmələrinə, peşəkar səhnə təcrübəsi qazanmalarına və yaradıcılıq potensiallarını daha geniş auditoriyaya təqdim etmələrinə şərait yaradacaq. Sezar pizza

Qeyd edək ki, üç ay davam edəcək Opera Festivalının möhtəşəm bağlanış mərasimi dekabrın 7-də Heydər Əliyev Sarayında Xalq artisti, maestro Yalçın Adıgözəlovun rəhbərliyi və Niyazi adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçiriləcək. Gecədə Azərbaycan Respublikasının Xalq artisti Fidan Hacıyeva İspaniyanın məşhur Flamenko Simfonik Orkestrinin müşayiəti ilə çıxış edəcək.

Bu festival yalnız bir sənətkarın yubileyinə həsr olunmuş tədbirlər silsiləsi deyil, həm də Azərbaycan opera sənətinin və musiqi mədəniyyətinin beynəlxalq səviyyədə təbliği, ölkəmizin zəngin sənət irsinin dünyaya təqdim olunması və gənc istedadlara dəstək baxımından əlamətdar sənət hadisəsi olacaq.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 09 Avqust 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri