Icma.az
close
up
RU
FİF 2024ə yekun vurdu, 2025 ilə bağlı planlarını açıqladı MÜSAHİBƏ

FİF 2024ə yekun vurdu, 2025 ilə bağlı planlarını açıqladı MÜSAHİBƏ

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Futbolumuzda maliyyə dayaqları möhkəm olan klubların sayı azdı. Xüsusən də premyer-liqada “Kəpəz”in uzun müddətdi sponsorsuz qalması gəncəli azarkeşləri üzür.

Bu mənada 1-ci və 2-ci liqalarda vəziyyət daha pisdi. 1-ci liqada “İmişli”, “Karvan” və “Qəbələ”nin durumu nisbətən yaxşı olsa da, qalanları sıxıntı çəkir. 2-ci liqa haqda hansısa xoş fikirlər səsləndirmək daha çətindi. 2024-cü il ərzində bu mövzuya dəfələrlə müraciət etdik, problemləri nəzərinizə çatdırdıq. “Qusar”ın oyunçularının paralel şəkildə “Birbaşa Bakı” minifutbol klubunda çıxış etməsi, “Lerik”in pul tapa bilmədiyinə görə səfər oyununa yollana bilməməsi kimi acı reallıqlar da var. Ədalət naminə deyək ki, Futbolun İnkşaf Fondu (FİF) yaradılandan sonra ən azı problemin həlli yolunda çalışanlar sırasında daha bir ad qoşuldu. Qurumun icraçı direktoru Tural Piriyevlə Azərbaycan futbolunda maliyyə sabitliyinə nail olmağın yolları ətrafında söhbətləşdik.
- Tural bəy, 2024-cü ilin əvvəlində müəyyənləşdirdiyiz hədəflərə çata bildizmi?
- 2024-cü il üçün Fondun fəaliyyətini müsbət qiymətləndirirəm. Ümid edirəm ki, bu tək mənim yox, həmçinin ümumilikdə futbol ictimaiyyətinin fikridi. İlin əvvəlində bir baş sponsorluq müqaviləsinin imzalanması, bir neçə klub üçün tərəfdaşlıqların imzalanması, bir bölgədə “Biznes klub” layihəsinin startı, bir neçə klubda “oyun günü” məhsulunun yaradılması və oyun günü gəlirlərinin artırılması kimi bir çox layihəyə imza atdıq. Lakin bunlar, sadəcə, işin üzdə görünən tərəfləridi. Görünməyən fəaliyyətimiz də var. Bir çox sahələrdə region klublarına dəstək olduq, əllərindən tutduq. Klub strategiyasının hazırlanmasından tutmuş bilet satışına qədər bir çox istiqamətdə onlara dəstək verdik. Ötən il bir çox sahələr üzrə qarşıya qoyduğumuz hədəflərə çata bildik. Əlbəttə, ümumi hədəfimiz olan dayanıqlılıq tezliklə çatılası hədəf deyil. Bu yolda kiçik addımlarla irəlilədiyimizi düşünürəm.
- Bəs yeni il üçün əsas planlarınız nədən ibarətdi?
- 2025-ci ildə əsas planlarımızdan biri klubların öz ayaqları üzərində dayana bilməsi üçün lazımi işləri görməkdi. Təbii ki, klub sayı çoxdu və onlar bir-birindən fərqlənir. Hər birində bu proses fərqli yollarla davam edir. Çalışacağıq ki, hər bölgə klubu bu yolda maksimum irəliləsin.
- Ən azı premyer liqa və 1-ci liqa səviyyəsində maliyyə sabitliyi bərpa olunubmu? Maliyyə baxımından ciddi problem yaşıyan klublar varmı?
- Nəinki 1-ci liqada, heç premyer-liqada da maliyyə sabitliyinin bərpa olunduğunu demək olmaz. Klublara əsas dəstək Dövlət Proqramı çərçivəsində göstərilir. Nə vaxt ki, klublar Dövlət Proqramı olmadan fəaliyyətinə rahat şəkildə davam edəcək, onda maliyyə sabitliyindən danışmaq olar. Maliyyə baxımından ciddi problem yaşayan klublar var. Bunlar əsasən 2-ci liqa klublarıdı. Amma premyer liqada və 1-ci liqada da maliyyə çətinliyi yaşayan klublar var.
- Əsas fəaliyyətiniz hansı istiqamət üzrə yönələcək? “Kəpəz”ə sponsor tapmaq, yoxsa 1-ci liqa və ya ümumiyyətlə, bərbad vəziyyətə olan 2-ci liqa klublarını gücləndirmək?
- Əvvəl də qeyd etdiyim kimi, bizim yanaşmamız “Kəpəz” və başqaları” şəklində deyil. “Kəpəz”lə yanaşı, başqa klubların da dayanıqlı inkişafı bizim üçün önəmlidi. Təbii ki, “Kəpəz”lə bağlı işlərimizi davam etdirəcəyik. Bu il klubun stadionuna qovuşması inkişaf yolunda ciddi addım olacaq. Çünki klub azarkeş auditoriyasını öz evində toplaya biləcək, bu da maliyyə kanalları formalaşdırmağa, sponsor və tərəfdaşlar cəlb etməyə imkan yaradacaq.
- Ölkədə iş adamlarının futbola yaxın durması, bu sahəyə maliyyə yatırması mövzusunda “buzun yerindən tərpəndiyini” iddia etmək olarmı?
- İş adamlarının futbola yaxın gəlməsini “buzun yerindən tərpənməsi” yox, “iş adamları futbola maraq göstərmir” stereotipinin qırılması kimi qiymətləndirməyin tərəfdarıyam, bu prosesdə bizim də rolumuzun olduğuna inanıram. Biz oturub gözləməklə iş adamları futbola gəlməyəcək. Ən azı iş adamlarını ölkə futbolu, bölgələrdəki klublar barədə məlumatlandırmalıyıq. Daha sonra onlarda maraq yaratmaq lazımdı ki, o maraq əsasında istək formalaşsın. Müəyyən motivlər formalaşsın ki, ondan sonra iş adamları futbola gəlsinlər. Futbolun İnkişaf Fondu tərəfindən futbola cəlb olunan iş adamları var. 1-ci və 2-ci liqa klublarına öz təşəbbüsü ilə dəstək olan iş adamları da var. İnanıram ki, bu prosesdə say get-gedə artacaq.
- Futbola yatırım etmək istəyən iş adamları üçün hansısa xüsusi güzəştlər, məsələn, vergi güzəştləri müəyyənləşdirilməlidimi?
- Futbola yatırım etmək istəyən iş adamlarına xüsusi güzəştlər edilməsinin heç vaxt tərəfdarı olmamışam. Əslində yatırımın məhsul dəyəri qarşılığında olmasının tərəfdarıyam. Təəssüf ki, hazırda ölkə klub futbolunun dəyəri o qədər yüksək deyil. Ona görə də iş adamlarını futbola cəlb etmək üçün fərqli motivlər axtarmalı oluruq. Təbii ki, vergi güzəşti bu prosesdə yaxşı alət ola bilər. Artıq üç ildi Vergi Məcəlləsinə dəyişiklik təklifi üzərində çalışırıq. Çox ümid edirəm ki, 2025-ci ildə bunun müəyyən nəticələrini alarıq.
- Sizcə, bölgələr öz klublarına sahib çıxmalı deyilmi? Bölgə klubları daha çox paytaxdan olan iş adamlarının köməyinə ehtiyac duyur. İcra hakimiyyətləri, bələdiyyələr və həmin bölgələrdə yaşayan iş adamları futbola daha yaxın mübasibət bəsləməli deyilmi?
- Hər şeyi kənardan gözləməli deyilik. Öncə insanları məlumatlandırmalıyıq. İnsanların öz bölgəsinə sahib çıxması yalnız futbol vasitəsilə olmur. İlk növbədə insanlar bilməlidi ki, bölgələrində fəaliyyət göstərən futbol klubu var. Sonra başa düşməlidilər ki, klubun bölgəyə hansı faydası var. Bunlar başa düşüləndən sonra biz insanları hansısa hərəkətə çağıra bilərik. Məhz buna görə də klubların üzərinə böyük iş düşür. Sadəcə, həmin bölgədən olmaq və adını daşımaq dəstək olmağa zəmin yaratmır. Bizim fəaliyyətimiz də hazırda klublarla bunun üzərində qurulub ki, klub barədə məlumatlılığı maksimum artıraq. Sübut etməliyik ki, klubun bölgəyə faydaları var.
ƏSƏD SEYİDOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:278
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Yanvar 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri