Umud Mirzəyev: Etirazlar Avropa institutları üçün də ciddi məsuliyyət sınağıdır
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 5 noyabr, AZƏRTAC
Fransa və Almaniyada, ümumilikdə Avropada baş verən etirazlar narahatlıqla doğurur. Təhsil, yaşayış xərcləri və sosial təminatla bağlı tələblərlə küçələrə çıxan insanların, xüsusilə gənclərin narazılığı ciddi düşünməyi tələb edir. Fransada təhsil şəraitindən başlayan etirazların daha geniş sosial tələblərlə davam etməsi, Almaniyada isə on minlərlə insanın oxşar problemləri gündəmə gətirməsi siyasi rəhbərliklər üçün mühüm xəbərdarlıqdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev söyləyib.
O deyib ki, bu narahatlığın əlamətləri çoxdan hiss edilirdi: “Avropa Parlamentində və Avropa Şurasında səslənən çıxışları, aparılan müzakirələri izlədikcə siyasi gündəmlə insanların gündəlik qayğıları arasında məsafənin böyüdüyünü görmək olurdu. İndi həmin məsafə küçələrdə daha aydın görünür. Vətəndaş məktəbinin vəziyyəti, ailəsinin dolanışığı və övladının gələcəyi barədə cavab gözləyir.
“Euronews”, “Deutsche Welle”, “Ednews” və bir cox media qurumları tərəfindən son günlər yayımlanan xəbərlərdə də Fransadakı etirazların davam etməsi, saxlanılanlar arasında yetkinlik yaşına çatmayanların olması barədə məlumatlar yer alır. Bu mənzərə həm ictimai təhlükəsizliyin, həm də insan hüquqlarının qorunmasına xüsusi həssaslıqla yanaşmağı tələb edir. Hesab edirəm ki, dinlənilməyən narazılıq zamanla etimadsızlığı dərinləşdirir. Gənclərin gələcəyə inamını itirməsi isə hər bir cəmiyyət üçün ağır siqnaldır. Belə vəziyyətdə hakimiyyətlərin əsas vəzifəsi insanlarla açıq danışmaq, problemlərin həlli üçün konkret və inandırıcı addımlar atmaqdır”.
U.Mirzəyev əlavə edib ki, dinc etiraz hüququ qorunmalıdır. Eyni zamanda, mağazaların talan edilməsi, əmlakın yandırılması, polisə və digər insanlara hücumlar qəbuledilməzdir. Hüquq-mühafizə orqanlarının müdaxiləsi də qanuni və mütənasib olmalı, mümkün sui-istifadə halları şəffaf araşdırılmalıdır. İnsan ləyaqəti bütün hallarda qorunmalıdır. Avropa Parlamenti və Avropa Şurası üçün də bu hadisələr ciddi məsuliyyət sınağıdır. Başqa ölkələrdə insan hüquqları ilə bağlı tələbkarlıq göstərən institutlardan öz məkanlarında baş verənlərə münasibətdə də eyni həssaslıq və prinsipiallıq gözlənilir. Hüquq və azadlıqların müdafiəsində seçici yanaşma həmin institutlara etimadı zəiflədir. Biz Avropada sabitliyin, rifahın və dialoqun güclənməsində maraqlıyıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 05 Noyabr 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















