Icma.az
close
up
RU
FİF Ağstafa Gəncləri ni necə xilas edib?

FİF Ağstafa Gəncləri ni necə xilas edib?

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev “feysbuk” hesabında bu mövsüm 2-ci liqada yerini çətinliklə qoruyan “Ağstafa Gəncləri” ilə bağlı paylaşım edib:

“Ötən mövsüm 2-ci liqanın debütantı ilə böyük həvəslə əməkdaşlığa başladıq. Lakin sorğu nəticələri bütün gözləntilərimizi alt-üst etdi. Ağstafada məlumatlılıq və maraq faizləti çox aşağı idi. Uzun fasilədən sonra insanların futbol izləmə vərdişini itirdiyini də hiss etdik. Klubun idarəetmə strukturu isə bir neçə fədakar şəxsdən ibarət idi. Bütün bunları nəzərə alıb, mövsüm üçün iki əsas məqsəd müəyyənləşdirdik: məlumatlılığı artırmaq və maliyyə kanalları formalaşdırmaq. Ümumi və oyun günü təbliğatı, oyun günlərinin təşkili, sahibkarlarla əlaqə və merçendayzinq satışı əsas iş istiqamətlərimiz oldu. Klubda əməkdaş çatışmazlığı olduğundan FİF tərəfindən bir nəfər əlavə işə götürüldü. Posterlər və bəzi kəndlərdə məlumat lövhələri quraşdırıldı, gənclərin marağını artırmaq üçün fanklub yaradıldı. Oyun günü təcrübəsini yaxşılaşdırmaq üçün "azarkeş səyahət xəritəsi" tətbiq edildi, “Bizon” ilə oyunlarda fanzona təşkil etdik. Bilet satışı maliyyə axını yaratmaqdan çox sistemi qurmaq və dəyəri qorumaq məqsədi daşıyırdı, əldə olunan vəsait ancaq xərcləri ödədi. (hər oyunda ortalama 98 bilet satıldı). Merçendayzinq üçün FİF kluba 100 ədəd oyun köynəyi ianə etdi. 25 manata satışa çıxarılan köynəklərdən cəmi 14-ü satıldı. Əldə olunan vəsait fanklub üçün bayraq, baraban və şərflərin alınmasına yönəldildi. Dövlət dəstəyi (aylıq 5800 AZN) xaricində yeganə ciddi maliyyə kanalı yerli sahibkarlardan formalaşdırdığımız "Biznes klub" oldu. "Əsədoğlu" market, "TezGəl" və "Şans" restoranları, "Arifoğlu" və "Ağstafa" inşaat mağazaları, "0222" taksi xidməti birlikdə aylıq 1600 manat təmin etdi. “Ağstafa Gəncləri” liqada qala bilməsəydi, görülmüş işlər yarımçıq qalacaqdı. Ən azı bu nəticəyə sevinmək lazımdır. Yuxarıdakı işlərin növbəti mövsüm daha çox faydasını görəcəyimizə inanıram”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 İyun 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see400

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see396

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see384

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see263

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see255

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see240

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see216

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see215

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see177

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri