FİFA boş tribunalara görə tənqid olundu
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cənubi Koreya və Çexiya arasında Qvadalaxarada keçirilən DÇ-2026 matçında tribunaların tam dolmaması FİFA-nın bilet siyasəti ilə bağlı tənqidlərə səbəb olub.
QOL.az xəbər verir ki, “Reuters”in məlumatına görə, Cənubi Koreyanın 2:1 hesablı qələbəsi ilə başa çatan oyunu stadionda 44 985 tamaşaçı izləyib. 46 minlik arenada boş yerlərin görünməsi azarkeş marağı və yüksək bilet qiymətləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Açılış matçında “Atsteka” stadionunda 80 mindən çox azarkeşin olması ilə müqayisədə Qvadalaxaradakı mənzərə tənqidlərə səbəb olub.
FİFA prezidenti Canni İnfantino isə bilet qiymətlərinin digər böyük idman yarışları ilə müqayisədə uyğun olduğunu bildirib və turnirə böyük maraq olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 12 İyun 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















