FIFA da hakimiyyət uğrunda mübarizə başlayır UEFA İnfantinoya rəqib çıxardı
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Seçki 2027-ci ilin martında Mərakeşdə keçiriləcək. Daha əvvəl FIFA-nın hazırkı prezidenti Canni İnfantino növbəti müddətə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.
Qeyd edək ki, İnfantino 2016-cı ilin fevralında keçirilən növbədənkənar konqresdə FIFA prezidenti seçilib. O, daha sonra iki dəfə alternativsiz şəkildə yenidən bu vəzifəyə seçilib.
UEFA-nın məlumatına görə, bu gün keçirilən iclasda qurumun İcraiyyə Komitəsində təmsil olunan milli assosiasiyaların nümayəndələri Filip Dialloya FIFA prezidentliyinə namizədliyini irəli sürməyi təklif ediblər. Onlar Dialloya tam dəstəklərini yekdilliklə ifadə ediblər.
FIFA-nın idarəçiliyi ilə bağlı ciddi narahatlıqlar fonunda milli assosiasiyalar dünya futbol ictimaiyyətində birliyin və etimadın bərpasına çağırıblar.
Filip Diallo namizədliyini irəli sürmək təklifini qəbul edib.
63 yaşlı Diallo 2021-ci ilin martında Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsinə seçilib, həmin ilin dekabrında isə qurumun vitse-prezidenti olub.
O, 2023-cü ilin fevralında Fransa Futbol Federasiyasına rəhbərlik etməyə başlayıb, apreldə isə UEFA-nın İcraiyyə Komitəsinə seçilib.
Diallo bundan əvvəl, 1992-2021-ci illərdə Fransanın Peşəkar Futbol Klubları İttifaqının direktoru vəzifəsində çalışıb. O, həmçinin Fransa Peşəkar Futbol Liqasının İdarə Heyətinin üzvü olub və FIFA-nın Mübahisələrin Həlli Palatasında fəaliyyət göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 16 Noyabr 2026 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















