FIFA futbola yeni qayda gətirir
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
FIFA futbolda simulyasiyaların qarşısını almaq və oyunun tempini qorumaq üçün yeni qayda tətbiq etməyə hazırlaşır.
"Unikal" xəbər verir ki, bu məqsədlə oyun zamanı tibbi müdaxiləyə ehtiyac duyan futbolçu meydana daxil olmaq üçün 2 dəqiqə gözləməli olacaq.
Yenilik vaxt aparmaq üçün özünü yalandan zədəli kimi göstərən futbolçuları fikirlərindən daşındırmaq məqsədi daşıyır. Amma yeni qayda qapıçıya müdaxilə edildiyi və baş hakim kobudluğa yol verən futbolçuya vərəqə göstərdiyi vaxt tətbiq olunmayacaq.
Qayda bu il Qətərdə keçiriləcək Ərəb Kubokunda ilk dəfə sınaqdan keçiriləcək.
FIFA Hakimlər Komitəsinin prezidenti Pyerluici Kollina bildirib ki, yeni qayda simulyasiyaların sayını azaltmağı, futbolu daha dinamik, ədalətli və əyləncəli etməyi nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 05 Dekabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















