FIFA prezidenti yenidən Bakıda: İnfantino dünya çempionatı ərəfəsində Azərbaycana gəldi
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
FIFA prezidenti Canni İnfantino futbol üzrə ilk dəfə təşkil olunacaq U-15 dünya çempionatı və festivalı ərəfəsində yenidən Bakıya gəlib.
İdman.Biz xəbər verir ki, ali futbol qurumunun rəhbərini hava limanında AFFA prezidenti Rövşən Nəcəf və vitse-prezident Elşad Nəsirov qarşılayıblar.
İnfantino Bakıya gəlişi ilə bağlı şəxsi instaqram hesabında paylaşım edib.
“Bakıda AFFA prezidenti Rövşən Nəcəf məni səmimi qarşıladı. Bütün iştirakçılara uğurlar arzulayıram! Futbolun dünyanı yenidən birləşdirəcəyi bu möhtəşəm həftəni səbirsizliklə gözləyirəm”, - deyə FIFA prezidenti yazıb.
Oktyabrın 24-də start götürəcək dünya çempionatının ilk oyunları saat 09:00-da başlayacaq. Qarşılaşmaların əksəriyyəti Hövsandakı yeni futbol kompleksində keçiriləcək.
Turnirin açılış mərasimi və Azərbaycan millisinin iştirakı ilə ilk oyun isə “Baku Crystal Hall”da təşkil olunacaq. Mərasimin saat 19:00-da başlanması nəzərdə tutulub.
Xatırladaq ki, Canni İnfantino sentyabrın sonunda da Azərbaycana səfər etmiş, dünya çempionatına hazırlıq işlərinin gedişi ilə tanış olmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:195
Bu xəbər 24 Oktyabr 2026 01:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















