Icma.az
close
up
RU
Professor: Mədəniyyət sülhün mühüm mənəvi dayağıdır

Professor: Mədəniyyət sülhün mühüm mənəvi dayağıdır

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 30 oktyabr, AZƏRTAC

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın mədəniyyətlərarası dialoq platforması kimi rolunu, sülh və əməkdaşlıq, eləcə də dezinformasiyaya qarşı mübarizə istiqamətində səylərinin önəmli əhəmiyyət kəsb etdiyini bütün dünyaya nümayiş etdirir.

Bu gün dünyanın müxtəlif ölkələrini, xalqlarını və mədəniyyətlərini təmsil edən insanların bir araya gəlməsi xüsusi əhəmiyyət daşıyır. Danılmaz bir faktdır ki, müasir dünyada sülhün, qarşılıqlı etimadın və davamlı inkişafın təmin olunması yalnız siyasi və iqtisadi əməkdaşlıqdan deyil, həm də xalqlar arasında mənəvi yaxınlığın, qarşılıqlı hörmətin və mədəni anlaşmanın möhkəmləndirilməsindən asılıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Auditorlar Palatasının və Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən bu istiqamətdəki tədbirlər, o cümlədən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin beynəlxalq mədəni dialoq platforması kimi rolunun inkişafına xidmət edir.

“Forumun mövzu aktuallığından danışarkən Birinci vitse-prezidenti Mehriban Əliyevanın belə bir fikrini xatırlatmaq yerinə düşər: “Sülh mədəniyyətinin toxumları yalnız dialoq və qarşılıqlı hörmət vasitəsilə cücərə bilər”.

Xüsusilə vurğulamaq lazımdır ki, mədəni irsin qorunması yalnız keçmişə ehtiram deyil, həm də gələcək nəsillərə sülh və qarşılıqlı hörmət ruhunda miras qoymaq məsuliyyətidir. Bu baxımdan birinci xanım Mehriban Əliyevanın fəaliyyəti Azərbaycanın mədəniyyət diplomatiyasının beynəlxalq miqyasda təqdim olunmasının mühüm istiqamətlərindən biridir. Unutmaq olmaz ki, mədəniyyət insanları bir-birinə yaxınlaşdırır, dialoq onları anlamağa kömək edir, qarşılıqlı hörmət isə sülhün davamlılığını təmin edir. Başqa sözlə, bu gün dünyaya ən çox lazım olan amillərdən biri məhz belə bir yanaşmadır ki, mədəniyyətlər arasında divarlar deyil, körpülər qurmaq; fərqliliklərdən qarşıdurma üçün deyil, qarşılıqlı zənginləşmə üçün istifadə etmək zəruridir.

Mədəniyyət fərqlilikləri qarşıdurma mənbəyinə deyil, qarşılıqlı zənginləşmə vasitəsinə çevirir. Dahilərdən biri belə demişdir: “Mən istəyirəm ki, bütün mədəniyyətlərin küləkləri evimin ətrafında mümkün qədər sərbəst əssin. Amma heç bir küləyin məni yerimdən qoparmasına icazə vermərəm”.

Sülh və mədəniyyətin əlaqəsi də VII Beynəlxalq Forumdakı məruzələrin məzmun və mahiyyətində özünü bariz göstərib. Sülh yalnız müharibənin olmaması demək deyil. Əsl sülh qarşılıqlı hörmətin, etimadın və birgəyaşayış mədəniyyətinin mövcudluğudur. Mədəni dialoq stereotiplərin aradan qaldırılmasına, tarixi incikliklərin yumşaldılmasına və xalqlar arasında anlaşmanın möhkəmlənməsinə xidmət edir. Bu baxımdan müasir dünyada sülhün təmin olunması yalnız siyasi razılaşmalar, iqtisadi əməkdaşlıq və təhlükəsizlik mexanizmləri ilə məhdudlaşmamalıdır. Bu prosesin mühüm mənəvi dayağı mədəniyyət olmalıdır”, - deyə professor bildirib.

Mədəniyyətlərarası dialoqun sülhün və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində rolu

O qeyd edib ki, sülhü müqavilələr imzalayaraq başlamaq olar, lakin onu insanların qəlbində və şüurunda möhkəmləndirmək lazımdır. Bunun ən təsirli yollarından biri məhz mədəniyyətdir. Müasir şəraitdə mədəniyyətlərarası dialoqun əhəmiyyəti daha da artır. Bu məqamda Albert Eynşteynin sözlərini xatırladaq: “Sülhü zorla saxlamaq mümkün deyil; ona yalnız anlaşma yolu ilə nail olmaq olar”. Bu fikir mədəniyyətlərarası dialoqun və qarşılıqlı hörmətin əhəmiyyətini xüsusilə yaxşı ifadə edir. Bakı Forumundakı mədəniyyətlərarası dialoq sadəcə mədəni tədbirlərin təşkili deyil, sülhün və beynəlxalq əməkdaşlığın uzunmüddətli strategiyasının konseptual əsası kimi yüksək dəyərə malikdir.

Mədəniyyət keçmişin yaddaşını qorumaqla yanaşı, gələcəyin sülh fəlsəfəsini də formalaşdırır. O, bizə öyrədir ki, müxtəlif mədəniyyətlərə mənsub olmaq ayrılıq deyil, bəşəriyyətin zənginliyidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan əsrlər boyu Avropa ilə Asiya arasında mədəniyyət körpüsü olub. Bu tarixi missiya bu gün də ölkəmizin beynəlxalq fəaliyyətində öz əksini tapır. Mədəniyyət yalnız milli irsimizin qorunması deyil, həm də xalqlar arasında qarşılıqlı hörmətin, etimadın və sülhün möhkəmləndirilməsi vasitəsidir.

“Forum bir daha sübut etdi ki, Azərbaycanın multikulturalizm ənənələri, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgəyaşayış təcrübəsi beynəlxalq mədəni dialoq üçün əhəmiyyətli nümunələrdən biridir. Azərbaycanda müxtəlif dini konfessiyaların və etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət və anlaşma şəraitində yaşaması xalqımızın tarixi ənənələrinin və dövlətimizin multikulturalizm siyasətinin mühüm nəticəsidir.

Bakı Forumunda əldə olunan əsas qənaətlərdən birinci budur ki, süni intellektin və rəqəmsal kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi bir dövrdə mədəniyyətlərarası dialoqun yeni imkanlarından səmərəli istifadə etməli, eyni zamanda, dezinformasiya və nifrət nitqinə qarşı birgə mübarizə aparmalıyıq. Azərbaycan Prezidentinin də dəfələrlə qeyd etdiyi kimi “Azərbaycanda hər hansı daxili risklərimiz yoxdur. Bütün potensial risklər hüdudlarımızdan kənardan gəlir, ideoloji risklər isə fiziki risklər qədər təhlükəlidir”.

Bakıdan dünyaya ünvanlanan bu çağırışın sülhə, qarşılıqlı hörmətə və birgə tərəqqiyə xidmət edəcəyinə şübhə ola bilməz”, - deyə Vahid Novruzov vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri