Icma.az
close
up
RU
FİKİRDƏ PARÇALANMA CƏMİYYƏTİN SƏSSİZ FACİƏSİ

FİKİRDƏ PARÇALANMA CƏMİYYƏTİN SƏSSİZ FACİƏSİ

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bugünkü Azərbaycan cəmiyyətində bir çox zədə var, - desəm hamı deyəcək ki, sosial-iqtisadi fərqlər var, məmur özbaşınalığı, işsizlik və s. Amma əsas zədə yalnız bunlar deyil. Ən dərin zədə düşüncə sistemimizdədir. Loru dillə desək, cəmiyyətin az qala yarısı "rusqafalı", "farsqafalı" olub. Yəni milli dəyərlərlə deyil, yad zehniyyətlə düşünən, danışan, hətta millilərə nifrət edən bir kütlə formalaşıb. Onlar ana dilində danışanı "kəndçi", milli mövzularda danışanı "geridəqalmış", xalqını sevəni "populist" adlandırır.
Bu təbəqə elə belə formalaşmayıb, bu, o təbəqədir ki, onlar tarixini rusdan, farsdan öyrənir, ədəbiyyatını onların süzgəcindən qiymətləndirir, şəxsiyyətini yad identikliyə əsasən qurur. Düşünür ki, rusca danışmaq savad əlamətidir, fars poetikası ilə yaşamaq zövq göstəricisidir. Amma sual olunur: bəs öz dilin, öz tarixindən doğan şüurun, öz xalqının keçmişi nəyin göstəricisidir?
Ən təhlükəlisi isə bu düşüncənin artıq aqressiv bir formaya çevrilməsidir. Milli kimliyini qoruyan, ana dilində düşünən, təmiz türk soylu ideyaları müdafiə edən insanlar bu "yadqafalı" kütlənin hücumuna məruz qalır. Sosial şəbəkələrdə, ictimai müzakirələrdə bu adamlar ya etinasızlıqla, ya təhqir və təhdidlə qarşılanır. Kim ki, rus mədəniyyətinə səcdə etmir, fars təsirinə bələnmir,- dərhal "bayağı", "radikal", "ayrıseçkilik edən" damğası vurulur.
Bu, artıq sadəcə fərdi düşüncə deyil, cəmiyyətin dərin təbəqəsinə sirayət etmiş düşüncə işğalıdır. Bax bu, bizim əsil milli təhlükəsizlik problemimizdir. Tanklarla yox, ideologiyalarla, dildə yox, düşüncədə bizi işğal edən bir düşmən var: özgələşmiş beyinlər.
Bu problem bir gün yox, illərlə formalaşıb. Sovet mirası hələ də bir çox ailələrin şüurunda yaşayır. Uşaqlara Azərbaycan nağılları yox, rus cizgi filmləri göstərilir, xalq dastanı yox, Moskvanın çəkdiyi seriallardan danışılır, Məmməd Araz yox, Puşkin əzbərlədilir. Və nəhayət, "milli" sözü bu insanların qulağında "köhnə", "maraqsız", "təhlükəli" səslənir.
Əgər bir xalq öz dilini, öz düşüncə sistemini, öz şüur mərkəzini itirirsə, o xalq siyasi sərhədlərlə deyil, içindən dağılır. Və biz hazırda bu təhlükənin içində yaşayırıq.
Bu zehniyyət xəstələrindən biri dostlardan birinin paylaşımına yazdığım rəyə öz müalicə olunmaz xəstəliyinin artıqlarını töküb.
Mövzu budur:
"Rusiyalı bloqer Naxçıvanı “Yer üzündəki ən mənasız yer” adlandırdı. ...Bura inanılmaz dərəcədə kədərli bir yerdir, sadəcə fantastik dərəcədə. Necə nail olduqlarını belə anlamıram”, – deyə Lebedev bildirib."
Mən də bu paylaşımın altında belə bir rəy yazmışam: "Lebedev Naxçıvana gələndə yəqin özü kədərli olub. Ruslar indi elə pörsüblər ki, öz kədərlərində boğulurlar. Naxçıvan isə Şərqin Qapısı kimi hazırda daha önəmli yerdir və bu, rusların gözünə batır."
İndi gəlin görün ki, bəzi rusqafalar buna necə aqressiya göstərirlər.
Cəmiyyətin ayıq kəsimi – müəllimlər, yazıçılar, jurnalistlər, gənc fəallardır və belə durumlarda susmamalıdır. Susmaq – təslim olmaqdır. Biz sözümüzü deməsək, sabahkı nəsldə danışmağa, işləməyə fikir, milli ruh olmayacaq.
Əgər Azərbaycan cəmiyyəti sağalmaq istəyirsə, əvvəlcə şüurunu təmizləməlidir. Yad zehniyyətlə deyil, öz kökü ilə düşünməyi öyrənməlidir. Rus olmaqla rusun qapısında qul olarsan, fars olmaqla farsın süfrəsində qonaq. Amma özün olmaqla bir millətin gələcəyi olarsan.
Adilə Nəzər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 İyul 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri