Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Yorğun cəmiyyətin səssiz çöküşü Rəvan Cavid yazır

Yorğun cəmiyyətin səssiz çöküşü Rəvan Cavid yazır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rəvan CAVİD

Müasir insan yorğundur. Bu, fiziki yorğunluqdan çox, ruhun yorğunluğudur. Səhərlər oyanarkən çiyinlərimizə çökmüş görünməz bir ağırlıq var; nə tam olaraq izah edə bilirik, nə də ondan qurtula. Bu yorğunluq nə bir gecəlik yuxu ilə keçir, nə də qısa bir tətil ilə azalır. Çünki bu, fərdi deyil - bu, cəmiyyətin yorğunluğudur. İnsan təkcə bədəni ilə yox, düşüncələri, gözləntiləri və qorxuları ilə də yorulur.

Byunq Çul Han bu vəziyyəti "yorğunluq cəmiyyəti" anlayışı ilə izah edir. Ona görə müasir insan artıq "itaət etməliyəm" deyən bir sistemdə yaşamır, "bacarmalıyam" deyən bir sistemin içindədir. Bu isə daha təhlükəlidir. Çünki insan öz üzərindəki təzyiqi zorakılıq kimi yox, şəxsi məsuliyyət kimi qəbul edir. Yorğunluq beləliklə normallaşır; insan tükəndiyini hiss edir, amma dayanmağa haqqı olmadığını düşünür.

Əvvəllər insanlar gələcəyi planlayardı. Sabah üçün, gələn il üçün, övladlarının həyatı üçün xəyallar qurardılar. Gələcək ümidlə, qorxu ilə, amma hər halda xəyal edilə bilən bir məkandı. Bu gün isə gələcək anlayışı daralıb. İnsanlar "beş ildən sonra harada olacağam?" sualını verməkdən çəkinir, çünki cavab çox vaxt qeyri-müəyyəndir və bu qeyri-müəyyənlik qorxu yaradır. Ümid tədricən lüksə çevrilib. Onun yerini pessimizm, laqeydlik və "necə gəldi, elə də yaşayaq" düşüncəsi alıb.

Hannah Arendt müasir insanın ən böyük problemlərindən birini həyatın mənasızlaşması kimi görürdü. Ona görə insan yalnız işləyən, istehsal edən və istehlak edən varlığa çevrildikdə, artıq özünü cəmiyyətin şüurlu subyekti kimi hiss etmir. İnsan fəaliyyət göstərir, amma yaşadığını hiss etmir. Bugünkü yorğunluq da məhz buradan qaynaqlanır: həyat doludur, amma mənasızdır.

Bu hal təsadüfi deyil. Müasir cəmiyyətlərin psixoloji durumu spontan şəkildə formalaşmayıb; o, sistemli və uzunmüddətli proseslərin nəticəsidir. İnsan yalnız iqtisadi yox, emosional və zehni olaraq da müəyyən çərçivələrə salınıb.

Sosial media bizə "əlaqə" vəd etdi. Daha çox dost, daha çox paylaşım, daha çox görünürlük. Amma nəticədə insan heç vaxt olmadığı qədər tənha qaldı. Barmaqlarımız ekran üzərində fasiləsiz hərəkət edir, amma ruhlarımız yerində sayır. Hər gün yüzlərlə üz görürük, minlərlə fikir oxuyuruq, amma bunların çox azı bizdə real iz buraxır. Çünki bu platformalar dərin münasibətlər üçün yox, diqqəti mümkün qədər uzun müddət saxlamaq üçün qurulub.

Jan Bodrillard bu vəziyyəti reallığın yerini görüntünün alması kimi izah edirdi. Sosial mediada qarşılaşdığımız həyatların əksəriyyəti real həyat deyil, onun diqqətlə seçilmiş, filtrlənmiş və bəzədilmiş formasıdır. Biz başqasının həyatının parlaq vitrinlərinə baxırıq, amma arxa otaqlarına daxil olmuruq. Zamanla bu saxta bolluq, insanın öz həyatını kasad və dəyərsiz hiss etməsinə səbəb olur.

Sosial media eyni zamanda insanı daim müqayisəyə məcbur edir: kim daha xoşbəxt görünür, kim daha uğurludur, kim daha yaxşı yaşayır. Erix Fromun dediyi kimi, insan "olmaq"dan uzaqlaşıb "sahib olmaq" üzərində kimlik qurduqda, heç vaxt doymaz. Çünki həmişə daha çoxuna sahib olan biri var. Bu sonsuz müqayisə isə insanı səssizcə tükəndirir.

Bu mexanizm nəticəsində insan öz dəyərini daxili ölçülərlə yox, xarici təsdiqlə ölçməyə başlayır. "Like"lar, baxış sayları, virtual təsdiqlər insanın özünə olan münasibətini formalaşdırır. Özünə inamını itirən fərd isə təkcə özünə yox, gələcəyə də inanmağı dayandırır.

Texnologiya özü-özlüyündə nə xilasdır, nə də fəlakət. Əsas məsələ onun hansı məqsədlərə xidmət etməsidir. Bu gün texnologiya nəhəng şirkətlərin əlində insan davranışını proqnozlaşdıran və yönləndirən güclü mexanizmə çevrilib. Mişel Fukonun təsvir etdiyi kimi, müasir güc artıq qadağalarla deyil, normallaşdırma ilə işləyir. İnsanlar nəyin "normal", nəyin "uğur" sayıldığını sorğulamadan qəbul edir.

İnsanlar eyni məkanda oturub bir-biri ilə danışmır, amma eyni mövzuda fərqli ekranlara baxırlar. Fiziki yaxınlıq artdıqca, emosional məsafə böyüyür. Asosiallaşmış insan daha az sual verir, daha az etiraz edir və mövcud sistemlə daha tez uzlaşır. Belə bir cəmiyyət isə hər cür güc strukturu üçün ideal idarəetmə mühitidir.

Müasir pessimizmin başqa bir dərin qaynağı iqtisadi sistemdir. Neoliberal iqtisadi yanaşmalar illərdir "azad bazar" adı altında bərabərsizliyi dərinləşdirir. Zənginlə kasıb arasındakı uçurum böyüyür, amma bu, qaçılmaz və normal bir proses kimi təqdim olunur.

İnsanlar əvvəlkindən daha çox işləyir, amma həyatları yaxşılaşmır. Təhsil bahalaşır, səhiyyə əlçatmazlaşır, yaşayış xərcləri artır. Buna baxmayaraq, sistem fərdin qulağına pıçıldayır: "Əgər çətinlik çəkirsənsə, deməli, kifayət qədər çalışmamısan". Beləliklə, struktur problemlər fərdin şəxsi uğursuzluğu kimi təqdim olunur. Bu isə insanı həm maddi, həm də mənəvi olaraq ikiqat yorur.

Ümid səs-küylə yox olmur. O, yavaş-yavaş, hiss etdirərək çəkilir. İnsanlar əvvəl etiraz etməyi dayandırır, sonra sual verməyi, ən sonda isə arzulamağı. Arzusuz cəmiyyət isə inkişaf etmir; sadəcə mövcudluğunu davam etdirir.

Alber Kamü insanın bu vəziyyətini "absurd" anlayışı ilə ifadə edirdi. Həyat mənasız görünə bilər, amma bu mənasızlıq qarşısında təslim olmaq məcburi deyil. Kamü üçün ümid böyük ideologiyalarda yox, insanın şüurlu şəkildə yaşamağa davam etməsində idi.

Bütün bu yorğunluğa baxmayaraq, ümid tamamilə yox olmayıb. O, insanların bir-biri ilə səmimi danışdığı anlarda, ekranlardan uzaq qurulan real münasibətlərdə, ədalətsizliyə qarşı səslənən kiçik, amma dürüst etirazlarda yaşayır. Bəzən ümid böyük dəyişikliklərdə yox, kiçik insani bağlarda gizlənir.

Bəlkə də ilk addım yorğun olduğumuzu qəbul etməkdir. Çünki insan yorğunluğunu anlayanda, onu normallaşdırmaq yox, sağaltmaq istəyir. Gələcək hələ də mümkündür. Amma onu parlaq ekranlarda deyil, yenidən insanın özündə, bir-biri ilə qurduğu real münasibətlərdə axtarmaq lazımdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Yanvar 2026 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see756

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see322

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see310

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see306

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see272

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see263

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see260

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see257

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see252

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see248

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see244

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see239

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see226

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see226

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see218

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see212

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see206

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see205

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see204

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri