Filarmoniyada məşhur piano ifaçısı Mixail Lidski dinləyicilər qarşısında çıxış edəcək
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
6 dekabr tarixində saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə məşhur piano ifaçısı Mixail Lidski (piano, Rusiya) dinləyicilər qarşısında çıxış edəcək.
Proqramda J.Brahmsın 2 saylı piano və orkestr üçün konserti B-dur (op.83) və 3 saylı simfoniyası F-dur (op.90) səslənəcək.
Virtuoz pianoçu, Moskva Konservatoriyasının professoru Mixail Lidski əsas musiqi təhsilini Moskva Dövlət Konservatoriyasında alıb. Burada o, dünya şöhrətli professor Lev Naumovun tələbəsi olub. Lidski həmçinin klassik musiqi ifaçılığı və pedaqoji fəaliyyət sahəsində zəngin təcrübəyə malikdir və gənc pianoçuların yetişdirilməsinə töhfə verir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 25 Noyabr 2024 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















