Tanınmış koreyalı dirijor Akademik Filarmoniyada ilk dəfə çıxış edəcək AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 7 yanvar, AZƏRTAC
Fevralın 6-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında tanınmış koreyalı dirijor Jong-hun Bae ilk dəfə çıxış edəcək.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, Azərbaycan və rus bəstəkarlarının yaratdığı qiymətli əsərlər Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə maestronun təfsirində səslənəcək.
Yüksək musiqi mədəniyyətinə malik olan Jong-hun Bae təkcə öz vətənində deyil, Asiya, Avropa və Şimali Amerikanın aparıcı orkestrləri, o cümlədən Tokio Simfonik Orkestri, Sankt-Peterburq Dövlət Akademik Simfonik Orkestri, Leypsiq Simfonik Orkestri, “Mixail Jora” adına Filarmoniyanın Simfonik Orkestri ilə dünyanın ən böyük səhnələrində çıxış edərək böyük dirijorluq məharətini nümayiş etdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 07 Yanvar 2025 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















