Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Fili niyə yemirik?

Fili niyə yemirik?

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Afrika fili 6 tona qədər çəkisi ilə quruda yaşayan ən iri heyvanlardan biridir. Belə nəhəng heyvanın minlərlə kiloqram ətlə təmin edə biləcəyi düşünülsə də, fil əti dünyada geniş yayılmış qida məhsullarından biri deyil. 

Bəs səbəb nədir?

“Yeni Sabah” xəbər verir ki, fillərin qida kimi geniş yayılmamasının arxasında təkcə ətinin dadı və ya sərtliyi deyil, onların biologiyası, çoxalma sürəti, nəhəng bədənlərini saxlamaq üçün tələb olunan enerji və insanlarla münasibətləri dayanır. Sezar pizza

Bir fil gündə nə qədər qida yeyir?

Filin nəhəng bədənini saxlamaq üçün çox böyük miqdarda qida qəbul etməsi lazımdır. Yetkin fil gün ərzində təxminən 100-150 kiloqram, bəzi iri fərdlər isə daha çox bitki mənşəli qida yeyə bilər. Onların menyusuna otlar, yarpaqlar, budaqlar, qabıqlar, meyvələr və müxtəlif bitkilər daxildir.

Lakin burada maraqlı məqam var, fil çox böyük olsa da, bütün qəbul etdiyi qidanı yüksək səmərəliliklə mənimsəmir. Filin həzm sistemi gövşəyən heyvanlardakı qədər səmərəli deyil. Buna görə də günün böyük hissəsini qidalanmağa sərf edir. Bu isə fil saxlamağı son dərəcə qeyri-səmərəli edir. Bir neçə ton ağırlığında heyvanı illərlə bəsləmək əvəzinə, daha az resursla böyüyən və daha sürətlə çoxalan heyvanlardan qida əldə etmək insan üçün daha sərfəlidir.

Ən böyük problem isə çoxalmasıdır

Fillərin qida kimi geniş yayılmamasının əsas səbəblərindən biri onların çox yavaş çoxalmasıdır. Dişi filin hamiləlik müddəti təxminən 22 aydır. Bu, məməlilər arasında ən uzun hamiləlik dövrlərindən biridir. Dişi fil adətən bir bala dünyaya gətirir və balanın uzun müddət ana qayğısına ehtiyacı olur.

Bu səbəbdən fil sürüləri ov nəticəsində itirdikləri fərdlərin sayını digər kənd təsərrüfatı heyvanları kimi sürətlə bərpa edə bilmirlər.

Məsələn, qoyun, keçi və mal-qara insan tərəfindən nəsillər boyu seçilərək daha sürətli böyüməyə və çoxalmağa uyğunlaşdırılıb. Fillər isə bu baxımdan tamamilə fərqli bioloji xüsusiyyətlərə malikdir.

Bəs fil əti niyə yeyilmir?

Əslində yeyilir. Fil əti tamamilə yeyilməyən qida deyil. Afrikanın bəzi bölgələrində və digər yerlərdə fil əti tarixən və ya müəyyən hallarda qida kimi istifadə olunub. Lakin bu, fil ətinin dünya miqyasında adi qida məhsuluna çevrildiyi anlamına gəlmir. Çünki çox sərtdir və dadı yaxşı deyil. 

Fil əti niyə sərtdir?

Fil əti barədə yayılan məlumatlarda onun xüsusilə yaşlı heyvanlarda sərt və lifli ola biləcəyi qeyd edilir. Bunun səbəblərindən biri heyvanın yaşı və əzələ toxumasının quruluşudur.  Burada başqa bir problem də ortaya çıxır vəhşi heyvanın ətinin mənşəyi və sağlamlıq vəziyyəti nəzarət altında yetişdirilən mal-qara və ya qoyun qədər asan izlənilmir.

Vəhşi heyvan əti sağlamlıq üçün risklidir

 Vəhşi heyvanların ətində parazitlər, bakteriyalar və digər xəstəlik törədiciləri ola bilər. Ətin düzgün emal edilməməsi və kifayət qədər bişirilməməsi insan üçün sağlamlıq riski yarada bilər. Bu risk yalnız fillərə aid deyil. Ümumiyyətlə, vəhşi heyvan ətinin qida kimi istifadəsində heyvanın haradan gəldiyi, necə kəsildiyi, ətin necə saxlandığı və bişirildiyi mühüm əhəmiyyət daşıyır.

Niyə insanlar mamont ovladı, amma fil saxlamadı?

Maraqlı suallardan biri də budur. İnsanlar tarixdən əvvəlki dövrlərdə mamontlar və digər iri heyvanları ovlayırdılar. Böyük heyvan bir dəfə ovlandıqda çoxlu miqdarda ət verirdi. Bu, xüsusilə ovçu-toplayıcı cəmiyyətlər üçün böyük qida mənbəyi idi. Lakin ovlamaqla heyvanı saxlamaq və çoxaltmaq eyni şey deyil.

İnsanlar zaman keçdikcə daha asan idarə olunan, daha sürətlə çoxalan və insan məskənlərinin yaxınlığında saxlana bilən heyvanlara üstünlük verməyə başladılar. Qoyun, keçi, donuz və mal-qara kimi heyvanların əhliləşdirilməsi buna nümunədir. Fil isə bu sistem üçün əlverişli heyvan deyildi. Onu böyütmək üçün böyük ərazi və çoxlu qida tələb olunur, çoxalması olduqca yavaşdır və bir filin yetişkinlik yaşına çatması uzun illər çəkir.

Üstəlik, fil yüksək sosial və intellektual qabiliyyətlərə malik heyvandır. Sürü halında yaşayır, mürəkkəb sosial əlaqələr qurur və uzunmüddətli yaddaşa sahibdir. Bu xüsusiyyətlər də onu ənənəvi kənd təsərrüfatı heyvanlarından fərqləndirir.

Əsmətxanım Rzazadə 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 Sentyabr 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see652

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see458

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see324

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see321

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see320

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see307

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see292

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see272

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see262

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see246

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see239

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see228

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see226

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see226

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see222

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see205

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see198

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see197

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see193

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri