Filippində musson yağışları daşqına səbəb oldu Bir ayda 32 nəfər öldü
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Filippində son bir ay ərzində musson yağışları və tropik siklonların törətdiyi daşqınlar nəticəsində 32 nəfər həlak olub.
“Qafqazinfo” “The Philippine Daily Inquirer” nəşrinə istinadən xəbər verir ki, fəlakət ümumilikdə 8 milyona yaxın ölkə sakininə mənfi təsir göstərib.
Ölənlərin əksəriyyəti şimaldakı Luson adasının payına düşür. Daha 3 nəfər itkin düşmüş hesab olunur, 26 minə yaxın sakin isə evlərini tərk edərək təxliyə mərkəzlərində sığınacaq tapmalı olub.
Güclü yağışlar ölkə infrastrukturuna da ciddi ziyan vurub. İlkin qiymətləndirmələrə görə, dəymiş ziyanın məbləği təxminən 100 milyon dollara çatır. Daşqınlar və torpaq sürüşmələri 2 900-dən çox evə, eləcə də yollara və körpülərə zərər vurub.
Filippin Meteorologiya Xidməti musson yağışlarının davam edəcəyini proqnozlaşdırır. Bununla əlaqədar olaraq, hakimiyyət orqanları artıq zərər çəkmiş ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirilmiş rejimdə saxlayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 30 Avqust 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















