Filologiya elmləri doktoru Nəzakət Məmmədli vəfat edib
Icma.az bildirir, Mia.az portalına istinadən.
Tanınmış alim, Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Nəzakət Məmmədli fevralın 3-də dünyasını dəyişib.
Mia.az-ın məlumatına görə, Nəzakət Məmmədli təsəvvüf ədəbiyyatının əlyazma abidələri üzrə aparıcı ekspertlərdən biri, Azərbaycan və türk dünyasının elmi ictimaiyyətinin dəyərli nümayəndələrindən biri olub.
O, bir neçə il Türk Akademiyası ilə fəal əməkdaşlıq edib, qurumun elmi layihələrində iştirak etmiş, qaraqalpaq şairi Acıniyaz Kosıbay Ulının şeirlərinin qaraqalpaq dilindən Azərbaycan dilinə poetik tərcüməsini həyata keçirərək, türk xalqları arasında mədəni və elmi əlaqələrin inkişafına öz töhfəsini verib.
Nəzakət Məmmədlinin fəaliyyəti türk dünyası ədəbi irsinin öyrənilməsi, qorunması və təbliği yolunda fədakar əməyin nümunəsi olaraq yaddaşlarda qalacaqdır.
Allah rəhmət eləsin!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 04 Fevral 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















