Icma.az
close
up
RU
Elm xadimlərimiz qəfil vəfat edən Nəzakət Məmmədli haqqında xatirələrini bölüşüblər

Elm xadimlərimiz qəfil vəfat edən Nəzakət Məmmədli haqqında xatirələrini bölüşüblər

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Fevralın 3-də tanınmış alim, Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Nəzakət Məmmədli qəfil ürək çatışmazlığından vəfat edib.

53 yaşlı Nəzakət xanım ölkəmizdə, xüsusən, təsəvvüf ədəbiyyatının görkəmli tədqiqatçısı hesab olunurdu.

Bu gün Bakıda mərhum alimin üç mərasimi keçirilib. Mərasimdə Azərbaycan elmi ictimaiyyətinin tanınmış simaları, alimin iş yoldaşları, tələbələri, qohumları iştirak ediblər.

Oxu.Az-a ədəbiyyatşünas alimin elmi yaradıcılığı haqqında danışan Bakı Dövlət Universitetinin, şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov bildirib ki, Nəzakət xanım öz dəst-xətti ilə məktəb yaratmış elm xadimlərimizdəndir:

"Nəzakət xanımın ixtisas sahəsində fəaliyyət göstərmək, söz sahibi olmaq üçün ərəb və fars dillərini, bu iki dildə mövcud olan ədəbiyyatı mükəmməl bilmək tələb olunur. Nəzakət xanım divan ədəbiyyatı mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. O, öz dəst-xətti ilə məktəb yaratmış mütəxəssis idi. Mən onun doktorluq işinin müdafiəsində iştirak etmişəm. Orada iştirak edən müdafiə şurasının üzvləri, başda akademik Rafael Hüseynov olmaqla Nəzakət Məmmədlinin çıxışını heyranlıqla dinlədilər. Nəzakət xanım həmin gün Azərbaycan elminə nə qədər dəyər verdiyini sübut etdi. Onun barəsində çox danışmaq olar... Görkəmli tədqiqatçımızın aramızdan getməsi Azərbaycan elminə çox böyük itki oldu. Nəzakət xanımın ruhu şad olsun".

Nəzakət xanımı 30 ilə yaxındır tanıyan Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, Bakı Avrasiya Universitetinin professoru Səadət Şıxıyeva bildirib ki, mərhum alimin bütün elmi uğurları onun gözünün önündə baş verib:

"Nəzakət xanım çox zəhmətkeş, fədakar, elmə böyük sevgi ilə yanaşan, heç bir təmənna güdmədən Azərbaycan ədəbiyyatşünaslığına, mətnşünaslığına dəyərli əsərlər miras qoymuş ziyalıdır. Nəzakət xanım Azərbaycan mətnşünaslığında çox çətin mövzularda, əski əlyazmaların transfoneliterasiyasını həyata keçirib. Bu zəhmətli iş Azərbaycan elminə yeni mənbələr qazandırıb, Azərbaycan tədqiqatçıları üçün yeni araşdırma obyektlərini müəyyənləşdirib. Nəzakət xanım Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsərini təsəvvüf baxımından öyrənmişdi. Namizədlik işi də "Leyli və Məcnun" əsərindəki təsəvvüf mövzusu idi. Sonra həmin namizədlik işi kitab formasında çap edildi. Dəyərli alimimiz Mir Həmzə Seyid Nigarinin "Divan"ını, çox çətin oxunan "Nigarnamə" əsərinin əlyazmasını transfoneliterasiya edərək latın əlifbasında nəşr etdirdi".

Səadət Şıxıyeva vurğulayıb ki, XIV əsr Azərbaycan şairi və ədəbiyyatşünası Şərəfəddin Rami Təbrizinin "Ənisül-üşşaq" əsərini tərcümə edərək nəşr etdirən də Nəzakət Məmmədli olub.

"Nəzakət xanım, həmçinin Fəridəddin Əttarın "Təzkirətül-övliya" əsərini Azərbaycan mətnşünaslığına qazandırdı. Sözügedən əsər haqqında mübahisələr var idi, bəziləri əsəri Anadolu türkcəsində olduğunu iddia edirdi, lakin Nəzakət xanım bu əsərin dil xüsusiyyətləri baxımından Azərbaycan abidəsi olduğunu sübuta yetirdi. Onun ən sonuncu işlərindən biri qaraqalpaq xalqının böyük dəyər verdiyi müəllif Hacı Niyaz Kosubayoğlunun əsərlərini tərcüməsi olub. Biz qaraqalpaqların yurdunda, yəni Özbəkistanda olarkən Nəzakət xanım çox böyük məhəbbətlə qarşılandı, ona dövlət səviyyəsində yüksək mükafat da verildi".

Səadət Şıxıyeva Nəzakət xanımın digər tədqiqatçılardan fərqli xüsusiyyətlərinə də toxundu: "Nəzakət xanım təkcə elmi nəticələrini, biliklərini ortaya qoymurdu. O, elmi işlərinə hissini, ruhunu qatırdı. Nəzakət xanımın yazıları duyğu dolu olurdu. O, mətinləri dərindən duyurdu və onlara öz sevgisini, ruhunu hopdururdu".

Dünyasını dəyişmiş Nəzakət xanım haqqında Azərbaycan milli məclisinin sabiq deputatı, tanınmış şərqşünas alim Əsmətxanımın Məmmədova da xatirələrini danışıb.

"Mən Azərbaycana Nəzakət xanım adına başsağlığı verirəm. Biz böyük bir alimi itirdik. Nəzakət xanımın aramızdan getməsindən, xüsusən gənclər itirdi. Nəzakət xanım gənclərə yaxınlığı ilə seçilən elm xadimimiz idi. Onun araşdırmaları sufizm dünyasını, "Şeyx Fəridəddin Əttar və Azərbaycan ədəbiyyatı" mövzusunu əhatə edib. Nə xoş bizim halımıza ki, belə bir insanı tanıdıq. Nəzakət xanımın uyğur, qırğız dillərindən belə tərcümələri var idi. Özü də şairə bir xanım idi. Qazandığı bütün nailiyyətlərinə də öz çalışqanlığı hesabına nail olmuşdu. Nəzakət xanım Mövlanə Cəlaləddini tərcümə edirdi. Onun əsərini tərcümə etmək çox çətindir, belə ki, bu əsərlər başdan başa fəlsəfədən ibarətdir. Təəssüf ki, Nəzakət xanım 53 yaşında bizləri tərk etdi. Allah o böyük elm xadiminə rəhmət eləsin".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Fevral 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri