Filtrlər tarix olur: İnstaqram da yeni dövr
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
"Instagram" şirkəti ani və təbii fotoların paylaşılması üçün nəzərdə tutulmuş yeni "Instants" tətbiqini sınaqdan keçirməyə başlayıb.
Ölkə.Az TechCrunch-a istinadən xəbər verir ki, hazırda İspaniya və İtaliyada istifadəyə verilən xidmət, istifadəçilərə fərqli bir təcrübə vəd edir.
"Instants" tətbiqinin əsas xüsusiyyəti paylaşılan fotoların yalnız bir dəfəyə məxsus izlənilə bilməsidir. Bu fotolar sistemdə cəmi 24 saat qalır. Tətbiqin digər maraqlı tərəfi isə fotoların yalnız daxili kamera vasitəsilə, o an çəkilməsidir. İstifadəçilər qalereyadan foto yükləyə və ya ciddi redaktə (filtr) edə bilməzlər; yalnız qısa mətn əlavə etməyə icazə verilir.
Mütəxəssislərin fikrincə, bu yeni platforma "Snapchat" və "BeReal" kimi tətbiqlərin uğurundan ilhamlanıb. "Instagram"ın əsas tətbiqindəki "ideal və redaktə olunmuş" kontentdən fərqli olaraq, "Instants" daha səmimi və anlıq ünsiyyət vasitəsi kimi düşünülüb.
Tətbiq həm iOS, həm də Android platformalarında mövcuddur. Paylaşımları yalnız qarşılıqlı izləyicilərə və ya "Yaxın dostlar" siyahısına göndərmək mümkündür. "Meta" rəsmiləri layihənin hələlik eksperimental mərhələdə olduğunu və istifadəçi rəylərinə əsasən təkmilləşdiriləcəyini bildiriblər.
Baxış sayı:99
Bu xəbər 25 Aprel 2026 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















