Finalda İnterə qol vuran Hernandes qələbəni şərh etdi
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İtaliya Superkubokunun dünən baş tutan final oyununda əzəli rəqibi "İnter"i 3:2 hesabı ilə məğlub edən "Milan"ın sol cinah müdafiəçisi Teo Hernandes qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, komandasının qollarından birinə imza atan futbolçunun sözlərini "Football Italia" belə çatdırıb:
"Əla çıxış etdik. Bilirdik ki, "İnter" əla komandadır. İndi-indi forma yığıram. Çətin dönəmi geridə qoyduğum üçün şadam. Hələ 100 faiz hazır olmasam da, komandama kömək etməyə çalışıram. Bu, möhtəşəm hissdir.
Vurduğum qolu arvadıma, oğluma və hələ doğulmamış qızıma həsr edirəm".
Xatırladaq ki, qarşılaşma Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilib.
Nihat

Lindelof İnterə keçə bilər
05 Dekabr 2024 16:46
Jonatan David İnterə keçə bilər
06 Fevral 2025 13:15
Conatan Devid İnterə keçə bilər
14 Aprel 2025 14:37
İnterə məğlubiyyətdən sonra futbolçuları bazaya qapadılar
25 Noyabr 2024 14:24
Argentina millisinin hücumçusu İnterə keçə bilər
25 Dekabr 2024 22:47

