Finalı öncəsi Messidən emosional mesaj Bu komanda artıq tarix yazıb
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Argentina milli komandasının hücumçusu və kapitanı Lionel Messi DÇ-2026-nın İspaniya ilə keçiriləcək final matçı öncəsi "Instagram" hesabında emosional paylaşım edib.
Paylaşımda əfsanəvi futbolçu uğurun təkcə qazanılan titullarla ölçülmədiyini vurğulayaraq, milli komandada keçirdiyi hər anın onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib:
"Bütün bu illərin ən yaxşı tərəfi təkcə titullar deyil, həm də keçdiyimiz səyahətdir. Hər günü bu qrupla bölüşmək, birlikdə yarışmaq, çətin anlarda yenidən ayağa qalxmaq və hər addımdan zövq almaq..."
Ulduz oyunçu komanda yoldaşlarına və texniki heyətə təşəkkürünü ifad edərək, bu heyətin bütövlüyünü xüsusi qeyd edib:
"Hər bir komanda yoldaşıma, məşqçilər heyətinə və bu komandanın böyük bir ailə olaraq qalmasını təmin etmək üçün hər gün əlindən gələni edən hər kəsə təşəkkür edirəm. Nə olursa olsun, bu komanda artıq heç vaxt unutmayacağımız, heç kimin silə bilməyəcəyi bir tarix yazıb. İrəli, Argentina!"
Qeyd edək ki, dünya çempionatının həlledici final qarşılaşması bu gün ABŞ-nin İst-Raterford şəhərindəki “MetLife” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 19 İyul 2026 22:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















