Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

FINDIQ BAHALAŞDI, BADAMIN QİYMƏTİ DƏ ARTACAQ Ekspert səbəbləri açıqlayır

FINDIQ BAHALAŞDI, BADAMIN QİYMƏTİ DƏ ARTACAQ Ekspert səbəbləri açıqlayır

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda fındığın qiyməti xeyli bahalaşıb. 

“AzPolitika”nın bu sahədə çalışan fermerlərdən əldə etdiyi məlumata görə, bir kiloqram fındıq 6-7 manata təklif olunur ki, bu da ötənilki qiymətlərdən 35–40 faiz bahadır.

Qiymət artımına səbəb kimi məhsuldarlığın aşağı düşməsi göstərilir. Fermerlər bildirirlər ki, əlverişsiz iqlim şəraiti - bəzi rayonlara yağan dolu və  uzun müddət davam edən istlər məhsuldarlığı xeyli aşağı salıb. Eyni zamanda ötən illərdə fındığın ucuz olması onların əlini “işdən soyudub”. Nəticədə bir çox sahibkar fındıq bağlarını ləğv edərək başqa sahələrə üz tutub. Bu da bazara çıxarılan fındığın azlmasına və nəticədə qiymətlərin yüksəlməsinə şərait yaradıb.

Hazırda yığım mövsümü davam edən badam sahələrində də vəziyyət ürəkaçan deyil. Fermerlər bildirirlər ki, məhsuldarlıq xeyli aşağı düşüb. 


“Onsuz da badam yüksək maya dəyəri olan və az məhsul verən sahədir. Ötən il bir kiloqram badam emal müəssisələri tərəfindən 3 manat ətrafında qiymətə alınıb. Böyük vəsait xərcləsək də, nəticədə məhsul az, qiyməti isə ucuzdur. Ona görə də bu il badam bağlarını qırıb başqa meyvə ağacları əkən fermerlərin sayı kifayət qədərdir”, – adının çəkilməsini istəməyən sahibkar “AzPolitika”ya bildirib. 

Onun sözlərinə görə, emal müəssisələrinin bu dəfə istehsalçılardan ucuz badam almaq niyyəti baş tutmayacaq. Qiymətlərin bahalaşması qaçılmazdır.


Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmli mövcud vəziyyəti “AzPolitika”ya şərh edərkən bildirib ki, fındıq istehsalının aşağı düşməsinin səbəbi bu sahə ilə məşğul olanların sayının azalması ilə bağlıdır: “Həmçinin, son zamanlar badam istehsalçılarının bu sahəyə marağının azaldığını müşahidə edirik. Bunun əsas səbəbi odur ki, məhsuldarlıq aşağıdır. Bağçılıq elə sahədir ki, gərək bağa baxasan, vaxtlı-vaxtı suvarma, budama işləri aparılası, zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilə, aqrotexniki qaydalara əməl olunsun. Təəssüflər olsun ki, bizdə çoxsaylı problemlər var. Problemlər həm su və istehsal vasitələrinin çatışmazlığı ilə bağlıdır. Gübrələrimizin keyfiyyətinin aşağı olması, torpaqlarımızın zəif olmasını da bura əlavə etmək olar.”

V. Məhərrəmli qeyd edir ki, Azərbaycanda badam əkilən ərazilərdə torpaqların homus qatı aşağıdır. Onun sözlərinə görə, torpağa kifayət qədər mineral elementlər və üzvi maddələr verilmədiyi üçün get-gedə deqradasiyaya uğrayır. Bu da məhsuldarlığa təsir edir.

Ekspert həm də məhsulun satış bazarlarındakı problemlərə diqqət çəkir: “Fermer məhsuldarlıq az, maya dəyəri yüksək olduğu üçün çalışır ki, onu nisbətən baha qiymətə satıb qazanc əldə etsin. Amma bu mümkün olmur, çünki kəndlilərdən məhsulu alan emal müəssisələri inhisarçı olduqları üçün qiymətləri onlar diqtə edirlər. Fermerlərin bazara çıxışları zəif olduğuna görə, məhsulu aşağı qiymətə satmaq məcburiyyətində qalırlar. Ona görə də bağları ləğv edib digər sahələrlə məşğul olmaq istəyirlər”.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Sentyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri