Finkdən dəhşətli ssenari: Qlobal tənəzzül olacaq…
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Neftin bir barrelinin qiymətinin 150 dollara qədər artması qlobal tənəzzülə səbəb olacaq.
Axar.az xəbər verir ki, bunu barədə dünyanın ən böyük investisiya şirkəti olan "BlackRock"un rəhbəri Larri Fink deyib.
Finkin sözlərinə görə, dünya iqtisadiyyatının taleyi hazırda əsasən Yaxın Şərq münaqişəsində İranın rolundan asılıdır.
O, hadisələrin inkişafı üçün iki ssenari qeyd edib, ya vəziyyət sabitləşəcək və qiymətlər böhrandan əvvəlki səviyyəyə qayıdacaq, ya da neftin qiyməti uzun illər 100-150 dollar səviyyəsində qalacaq. Bu isə əhali üçün "reqressiv vergi" kimi təsir edəcək və kasıb təbəqəyə varlılardan daha çox zərbə vuracaq.
"Enerji daşıyıcılarının qiymətinin artması çox reqressiv bir vergidir. O, varlılardan daha çox kasıblara zərbə vurur", - Fink bildirib.
"BlackRock" rəhbəri vurğulayıb ki, artan qeyri-sabitlik şəraitində ölkələr öz resurslarından maksimum səmərəli istifadə etməlidirlər, lakin bununla yanaşı alternativ enerji mənbələrinə aqressiv şəkildə keçid etməlidirlər.
Fink həmçinin qeyd edib ki, neftin yüksək qiymətlərinin uzun müddət davam etməsi dünya ictimaiyyətini yaxın 3–4 il ərzində günəş və külək enerjisi istehsalına keçidi sürətləndirməyə məcbur edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 25 Mart 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















