Icma.az
close
up
RU
“Finlandiya Rusiyaya hücuma hazırlaşır” Medvedev daha bir “düşmən” tapıb

“Finlandiya Rusiyaya hücuma hazırlaşır” Medvedev daha bir “düşmən” tapıb

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Kreml Rusiya əhalisində “müharibə şizofreniyası”nı artırmaq üçün gündə bir düşmən icad etməkdə davam edir.

“AzPolitika” xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin iddiasına görə, qonşu Finlandiya guya Rusiyaya hücum üçün platsdarm hazırlayır və müharibəyə hazırlıq kursu aparır.

Medvedev hətta bu mövzuya aid “köşə yazısı” ilə çıxış edib və yazı Kremlin təbliğat nəşrlərində dərc edilib.

"NATO-ya daxil olduqdan sonra Helsinki müdafiə tədbirləri adı altında Rusiya ilə müharibəyə hazırlaşmaq üçün qarşıdurma kursunu davam etdirir və görünür, bizə hücum üçün platsdarm hazırlayır", - Medvedev deyir.

O, əmindir ki, Rusiya sərhədlərində “hərbi fəallıq artır” və günahkar NATO-dur: ”Şimali Atlantika Alyansı bu məsələlərdə tam iştirak edir və indi Finlandiyanın bütün beş əməliyyat mühitini: quru, dəniz, hava, kosmos və kiberməkanı intensiv şəkildə mənimsəyir”.

Həmçinin, Medvedevin sözlərinə görə, NATO Rusiya sərhədi yaxınlığında özünün qabaqcıl quru qüvvələrinin qərargah strukturunu yaradır və “əməliyyat vəziyyətində dəyişiklik” baş verərsə, əsgərlərin sayı briqadaya qədər 5 min nəfərə qədər artıra bilər: “Xüsusən də Rusiya ərazisindən 40 km aralıda yerləşən İvalo qəsəbəsində yeni qarnizonlar peyda olur”.

Medvedevin dediklərindən belə məlum olur ki, Finlandiya 5 min nəfərlə Rusiyaya qarşı hücuma hazırlaşır.

Xatırladaq ki, Rusiyanın təkcə Ukraynadakı hərbi qüvvəsinin sayı 700 min nəfərə yaxındır…

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Sentyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri